az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 25.03.1941
Təhsili: Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, filoloq-şərqşünas
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.03 - Azərbaycan ədəbiyyatı, 10.01.06 - Asiya və Afrika xarici ölkə xalqları ədəbiyyatı
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 115, 3 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 10
Əsas elmi nailiyyətləri:

Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı, Nizami ədəbi məktəbi və onun Yaxın Şərq xalqları ədəbiyyatlarına təsiri, eləcə də klassik Azərbaycan ədəbiyyatının türk, fars və özbək ədəbiyyatları ilə qarşılıqlı əlaqələrinin ardıcıl öyrənilməsi ilə bağlı bir sıra yeni elmi nəticələrə gəlmişdir.

XIV əsr Azərbaycan şairi Arif Ərdəbilinin ədəbi irsindən çıxış etməklə, ilk dəfə olaraq şairin elmi tərcümeyi-halı yazılmış, onun uzun müddət elm aləminə məlum olmayan "Fərhadnamə" poemasının geniş təhlili işığında şairin yaradıcılığının önəmli xüsusiyyətləri və onun ədəbiyyat tariximizdəki yeri müəyyənləşdirilmişdir.

Nizami Gəncəvinin türk mədəniyyəti və qədim türk abidələri ilə bağlılığı, şairin türk ədəbiyyatına çoxcəhətli təsiri ilkin qaynaqlar əsasında sistemli şəkildə araşdırılmışdır. Nizami yaradıcılığının türk xalq ədəbiyyatına təsiri, Nizami mövzularında yaranan xalq ədəbiyyatı, türk xalq dastanları, Nizami poemalarının orta əsrlərdə edilmiş mənzum və mənsur tərcümələri, türk dilində "Xəmsə" yaratmaq ənənələrinin özünəməxsusluqları, Nizami mövzularında meydana çıxan ayrı-ayrı poemalar və şairin yaradıcılığının ideya və bədii təsirini əks etdirən "Xəmsə"dən kənar mövzulu nümunələr ilk dəfə ətraflı tədqiqə cəlb olunaraq orta əsrlər türk mənşəli şeri və tərcümə ədəbiyyatının yaranma və ideya-bədii baxımdan təkmilləşməsində Nizami irsinin rolu hərtərəfli işıqlandırılır. Şairin əsərlərinin bədii incəlikləri Nizami poetikasının qədim türk mədəniyyəti və Azərbaycan mühiti ilə bağlılıqları üzə çıxarılaraq Nizami sənətinin çoxsaylı poetik qaynaqları içərisində şifahi xalq ədəbiyyatı və doğma abidələrin mühüm yeri  aydınlaşdırılmışdır.

Əsas elmi əsərlərin adları:
  1. Arif Ərdəbili və onun "Fərhadnamə" poeması,  Bakı, "Elm", 1979, 9 m.v.

  2. Nizami və türk ədəbiyyatı. Bakı, "Elm", 1980, 10 m.v.

  3. Nizami ənənələrinin Türkiyədə yayılmasında Nəvainin rolu, "Adabiy meros", Daşkənd, 1969, №2, 1 m.v.

  4. Füzuli və Cami, "Həkim Məhəmməd Füzuli", Tehran, 1994

  5. Nizami poetikasının türk qaynaqları, "Elmi Araşdırmalar", Bakı, Nurlan, 1 m.v.

Pedaqoji fəaliyyəti:

1995-98-ci illər Bakı Dövlət Universiteti  Filologiya fakültəsində Mətnşünaslıq və Orta əsrlər Azərbaycan ədəbiyyatı fənnindən dərs demişdir. 1996-cı ildən Qərb Universitetində Azərbaycan ədəbiyyatı fənnindən dərs deyir.

İş yeri və ünvanı:

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Vəzifəsi: Baş elmi işçi
Xidməti tel.: (994 12) 5395651
Ev tel.: (994 12) 4955582
Mobil tel.: (994 50) 3198912