Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq forumda çıxış edib
30.07.2020 10:26
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq forumda çıxış edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi Şövqi Hüseynov beynəlxalq forumda iştirak edib.

Gənc alim Şotlandiyanın Qlazqo şəhərindən idarə olunan Beynəlxalq Beyin Tədqiqatları təşkilatının (IBRO) və Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS) təşkilatçılığı ilə keçirilən onlayn forumda məruzə ilə çıxış edib.

Tədbirdə Ş.Hüseynov ingilis dilində hazırladığı “Narkotik asılılığın supressiyasında serotoninergik sistemin iki müxtəlif yolla iştirakı” adlı e-poster məruzə ilə daha bir uğura imza atıb. O, öncədən təyin olunmuş şərtlərə əsasən ən yaxşı e-poster məruzəçi kimi PERC qrantına layiq görülməklə forumun iştirak və üzvlük haqlarından azad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: