Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“ANAS Transactions, Earth Sciences” jurnalının yeni sayı işıq üzü görüb
24.06.2021 09:39
  • A-
  • A
  • A+

“ANAS Transactions, Earth Sciences” jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının növbəti nömrəsi nəşr olunub.

Nəşrin bu sayında alimlərin geologiya və geofizika, neft və qaz yataqlarının işlənməsinin nəzəriyyə və praktikası, o cümlədən coğrafiya elmləri sahəsinə aid təqdim etdikləri məqalələri yer alıb və məqalələrdə aktual problemlər şərh olunub.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunda çap edilən “ANAS Transactions, Earth Sciences” jurnalının əsası 1958-ci ildə qoyulub. Hazırda çoxminli oxucular bu nəşri həm də www.journalesgia.com saytında izləyirlər. Sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. Jurnala istinadların coğrafiyası Avrasiya, Şimali və Cənubi Amerika, Avstraliya, Şimali və Cənubi Afrika da daxil olmaqla dünyanın 100 ölkəsini əhatə edir. Saytın əsas izləyiciləri ABŞ, Kanada, Rusiya, Braziliya, İsrail, Türkiyə, Ukrayna, Çin, İran, İtaliya, Almaniya və digər ölkələrin alimləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: