Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Daxili İşlər Orqanının ilk polis rəisi olmuş Hənifə Hüseynzadəyə məxsus qızıl cib saatı qorunur
02.07.2021 14:48
  • A-
  • A
  • A+

Tarix Muzeyində Daxili İşlər Orqanının ilk polis rəisi olmuş Hənifə Hüseynzadəyə məxsus qızıl cib saatı qorunur

 

Bu gün iyulun 2-si Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü qeyd edilir.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin atası, Daxili İşlər Orqanının ilk polis rəisi olmuş Hənifə Hüseynzadəyə məxsus qızıl cib saatı (İnv. 57) qorunur. Saat Mərkəzi İcraiyyə Komitəsi tərəfindən H.Hüseynzadəyə banditizmə qarşı mübarizədə fərqləndiyinə görə verilib. Saatın üzərində "За храбрость" (İgidliyə görə) sözü qeyd olunub.

Qeyd edək ki, 1920-ci il aprelin 27-də 23 ay hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirilir. Respublikada bütün polis orqanları, o cümlədən Bakı polisi yenidən qurulur və "Polis" sözü "Milis" sözü ilə əvəz edilir. Lakin polis orqanları qarşısında duran vəzifələr yeni milis orqanları yaradılsa da dəyişmir və Bakı DİO-nun ilk milis rəisi Hənifə Hüseynov olur.

Saat Hənifə Hüseynzadənin qızları Bikə xanım Əlizadə və Hüriyyət Əzizbəyova tərəfindən 3 noyabr 1955-ci ildə muzeyə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: