Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində AXC-nin ictimai və dövlət xadimlərinin foto-neqativləri qorunur
09.07.2021 17:17
  • A-
  • A
  • A+

Tarix Muzeyində AXC-nin ictimai və dövlət xadimlərinin foto-neqativləri qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə başçılıq etmiş ictimai və dövlət xadimlərinin foto-neqativləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən Xarici İşlər Nazirliyini təsis etmiş, müxtəlif vaxtlarda Məmmədhəsən Hacınski (28 may 1918 - 6 oktyabr 1918), Əlimərdan bəy Topçubaşov (6 oktyabr 1918 - 7 dekabr 1918), Fətəli xan Xoyski (26 dekabr 1918 - 14 mart 1919), Məmməd Yusif Cəfərov (14 mart 1919 - 22 dekabr 1919) bu quruma başçılıq etmişlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər çalışıb. Həmin dövrdə Xarici İşlər Nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın dövlət müstəqilliyinin Avropada tanınması və qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi olub.

Milli Azərbaycan Tarixi Muzeyinin Foto-neqativ materialları fondunda Fətəli xan Xoyski (İnv.14781), Əlimərdan bəy Topçubaşov (İnv.20187), Məmməd Yusif Cəfərov (İnv.12350), Məmmədhəsən Hacınskiyə (İnv.12068) məxsus foto-neqativlər qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: