Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc tədqiqatçı AMEA və Montpellier Universiteti əməkdaşlığı üzrə doktoranturanın müsahibə mərhələsindən keçib
02.08.2021 10:20
  • A-
  • A
  • A+

Gənc tədqiqatçı AMEA və Montpellier Universiteti əməkdaşlığı üzrə doktoranturanın müsahibə mərhələsindən keçib

Azərbaycanlı gənc tədqiqatçı A.Mürşüdzadə AMEA və Fransanın Montpellier Universiteti əməkdaşlığı altında 2021-2022-ci il doktorantura proqramının Malyariya parazitində kodlaşdırılmayan RNT-lərin rolu mövzusuna müraciət edib və müsahibədən keçib.

A.Mürşüdzadə doktorantura təhsilinin iki ilini Montpellier universitetində, bir ilini isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda oxuyaraq ikili diplomla məzun olmağa layiq görülüb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən Aytac Mürşüdzadə ən yüksək göstərici - 97 balla məzun olub.

Aztibb.az

  • Paylaş: