Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Məmmədəliyeva Sevda Yusif qızı
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş.     
Təvəllüdü 14.11.1946 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti 
Elmi dərəcəsi Fəlsəfə elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-  ixtisas şifri

-  ixtisasın adı

-  mövzunun adı
 
Doktorluq dissertasiyasının mövzusu:

-  ixtisas şifri

-  ixtisasın adı

-  mövzunun adı





Sosial fəlsəfə 
Müxbir üzv seçilməsi

-   tarix

-  ixtisasın adı

2001

fəlsəfə

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 120-dən artıq 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 20-dən artıq 
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı  
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


Əsas elmi nailiyyətləri S.Y.Məmmədəliyeva müasir elmdə inteqrativ proseslərin fəlsəfi baxımdan dərk edilməsi sahəsində əhəmiyyətli iş görərək tarixi-fəlsəfi və elmi tədqiqatlar əsasında elmi biliyin müxtəlif sahələri arasında getdikcə artan əlaqəni aşkara çıxarmışdır. Ekoloji elmin statusunu açmaqla S.Y.Məmmədəliyeva müasir elmi aksiologiya tərəfə çəkən biliyin inkişafında müasir ekologiyanın ictimai tənzimləyici amil olduğunu göstərir. Elmi tədqiqatların istiqamətlərindən biri ekoloji mədəniyyət və etika problemidir. Son illər S.Y.Məmmədəliyeva mədəniyyət siyasəti üzrə milli və beynəlxalq elmi proqramlar üzərində iş aparır. Onun iştirakı ilə mədəni tədqiqatlar üzrə Bonn Müqayisəli Tədqiqat İnstitutu və  Avropa Şurası ilə birgə "Azərbaycanda mədəniyyət siyasəti: əsas fakt və təmayüllərin xülasəsi" elmi layihəsi hazırlanmışdır ki, bu layihə internet səhifəsində yerləşdirilmişdir. S.Y.Məmmədəliyeva Avropa Şurasının "Steyc" və "Müqayisənin mədəniyyət vasitəsində aradan qaldırılması" regional elmi layihələrinin koordinatorudur. YUNESKO-nun "Mədəni çeşidlilik" və "Dünyanın yaddaşı" elmi proqramları üzərində iş aparır. 
Elmi əsərlərinin adları 1. Kimya və ekologiyanın fəlsəfi-metodoloji nöqteyi nəzərdən qarşılıqlı təsiri.

2. Ekoloji problem və onun həlli yolları.

3. Ekologiya və texnika.

4. Mədəniyyət, təhsil, ekologiya.

5. Azərbaycan Respublikasında mədəniyyət siyasəti (əsas faktlar və təmayüllər)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki

2. Rusiya Ekologiya Akademiyasının xarici üzvü

3. NOOSFERA Beynəlxalq Akademiyasının akademiki

4.Avropa Şurası Mədəni Komitəsinin və Mədəni Əməkdaşlıq Komitəsinin üzvü

Pedaqoji fəaliyyəti

• Sosial fəlsəfə və kulturologiya sahəsində beynəlxalq və respublika səviyyəli elmi forum, simpozium, konfransların iştirakçısıdır.

• Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər bölməsinin üzvüdür.

• Fəlsəfə, Sosiologiya və Hüquq Institutunun nəzdində fəaliyyət göstərən D.01115 nömrəli Dissertasiya Şurasının üzvüdür.

• 120-dən çox elmi işin, o cümlədən sosial-fəlsəfə və kulturologiya sahəsində 12 monoqrafiya və kitabın müəllifidir.

2013 - AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Bürosuna üzv seçilib.

2001 - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

2000 - NOOSFERA Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilib.

1999 - Rusiya Ekoloji Akademiyasının xarici üzvü seçilib.

1997 - Professor elmi adı verilib.

1994 - Fəlsəfə elmləri doktoru alimlik dərəcəsi alıb.

1989 - Dosent elmi adı verilib.

1983–1999-Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyət göstərib, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

1983 - Böyük elmi işçi elmi adı verilib.

1967–1983 - Azərbaycan Respublikası Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında aspirant,  kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1967- Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.

Digər fəaliyyəti

2020–2023 - İşğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin elmi konsepsiyalarının hazırlanması və zəruri materialların toplanması, beynəlxalq tərəfdaşlarla birgə layihələndirmə işlərinin həyata keçirilməsi prosesinə rəhbərlik edib.

2021-2023-cü illərdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə sözügedən komplekslərin təməlləri qoyulmuşdur.

2019 - UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Təşkilat Komitəsinin sədr müavini, sessiyanın açılış mərasiminin və “Timeless Spirit of Heritage” adlı konsertin ideya müəllifi və layihə rəhbəri olub. Avropa İttifaqı və İtaliya Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin koordinatoru olub.

2018 - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradıldıqdan sonra mədəniyyət nazirinin müavini təyin edilib.

2016 - Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin sədr müavini olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibinə daxil edilib.

2015 - Bakı şəhərində keçirilmiş ICESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının iclasının Təşkilat Komitəsinin sədr müavini olub.

2014 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibinə daxil edilib.

2013 - Bakıda keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının Təşkilat Komitəsinin sədr müavini olub.

2011-2019 - I - V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Təşkilat Komitəsinin sədr müavini, “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun rəhbəri olub.

2009–2023 - UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş on yeddi qeyri-maddi mədəni irs nümunəsinin namizədlik sənədləri və onların elmi əsaslandırılması S.Məmmədəliyevanın rəhbərliyi altında işlənib hazırlanmışdır.

2009 - İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransının Təşkilat Komitəsinin sədr müavini və Beynəlxalq İşçi Qrupunun rəhbəri olub. Konfransda “Bakı prosesi – dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar” adlı kommunike qəbul edilmişdir.

2008 - Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Konfransının Təşkilat Komitəsinin sədr müavini və Beynəlxalq İşçi Qrupunun rəhbəri olub. Konfransda Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdür.

2007-2021 - Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü seçilib

2006–2023 -  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədr müavini olub.

2006 - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra mədəniyyət və turizm nazirinin müavini təyin edilib.

2003–2023 - Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya, Polşa, İraq, Dağıstan və Sankt-Peterburq (Rusiya) Hökumətlərarası Komissiyalarının üzvü olub.

2002 - Avropa Şurasının “Azərbaycan Respublikasında mədəniyyət siyasəti”nə dair milli məruzənin elmi rəhbəri olub.

2000–2023 - Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, UNESCO, ICESCO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil edib.

1999–2019 - Avropa Şurasının “Stage”, “Kiyev təşəbbüsü”, UNESCO-nun “Mədəni çeşidlilik”, “GUAM ölkələrinin mədəniyyət üzrə observatoriyası” proqramlarının milli koordinatoru olub.

1999–2019 - Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü olub.

1999 - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib

1998 - Prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin vəkili olub.

Təltif və mükafatları

2019 - 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2017 - Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Fərmanı ilə təltif edilib.

2016 - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2015 - Avstriyanın Elm və İncəsənət üzrə fəxri ordeni ilə təltif edilib. Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illiyi medalı ilə təltif edilib

2013 - İtaliya Respublikasının “Şərəf” ordeni ilə təltif edilib. —“TÜRKSOY” medalı ilə təltif edilib.

2008 - Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə” zabit ordeni ilə təltif edilib.

2005 - Fransız Elmi Cəmiyyətinin medalı ilə təltif edilib.

1996 - Elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə “Bilik” Azərbaycan Maarif Cəmiyyətinin akademik Yusuf Məmmədəliyev adına medalı ilə təltif edilib.

İş yeri və ünvanı  
   
Xidməti tel.  
Mobil tel .  
Ev tel.  
Faks  
Elektron poçtu sevda.mammadaliyeva@gmail.com