Mehdiyeva Səlimə İbrahim qızı

 

Anadan olduğu yer Naxçıvan
Təvəllüdü 21.05.1941
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



01.04.10

Yarımkeçiricilər və dielektriklər fizikası

Polimer quruluşu və oksigen aşqarlarının yüksək təmizlikli selenin bəzi fiziki xassələrindəki rolunun tədqiqi. (Vilnyus Dövlət Universitetinin Elmi şurasında)

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



01.04.10

Yarımkeçiricilər və dielektriklər fizikası

Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin strukturu və fiziki xassələri. (AMEA Fizika İnstitutunun Elmi şurasında).

Müxbir üzv seçilməsi

-   tarix

-   ixtisasın adı



2017

Fizika 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

175

 

101

61
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 7, 7
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


10

1

Əsas elmi nailiyyətləri İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir.

Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı. (Yoşkar-Ola ş.)

Son illərdə selen əsasında şüşəvari halkogenid yarımkeçirici sistemlərdə electron prosesləri araşdırılır. Belə ki, kristallaşmaya davamlı, fotohəssas, yüksək müqavimətli binar və üçqat HŞY sistemlərin alınma texnologiyası işlənmiş, nadir torpaq elementləri aşqarları əlavə edilməklə bu sistemlərin elektron xassələrinin məqsədyönlü dəyişdirilməsinə və tətbiq oblastlarının genişləndirilməsinə nail olunmuşdur.Hallogen aşqarlarının ŞHY sistemlərin dreyf yürüklüyü, injeksiya cərəyanları, fotokeçiricilik və optik xassələrə təsirinin kompleks tədqiqi nəticəsində vidikonlar üçün yüksək həssaslığa malik fotohədəf hazırlanmışdır.İşığın Raman səpilməsinə, rentgen şüalarının difraksiyasına, xətti və qeyri-xətti sındırma əmsallarına kimyəvi tərkibin və legirələnmənin təsirinin, həmçinin ellipsometriya üsulu ilə həmin maddələrin optik parametrlərinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda həssas olan fiber-ötürücülər üçün yararlı materiallar təklif olunmuşdur.  
Elmi əsərlərinin adları

1.İsayev A.İ., Mekhtiyeva S.İ., Jalilov N.Z., Alekperov R.İ. Localized states in the band gap of chalcogenide glasslike semiconductors of Se-S system with Sm impurity. Solid State Communications, v.149 (2009), 45-48.

2.Mammadov E.A., Taylor P.C., Mekhtiyeva S.I., Reyes A. Magnetic resonance study of arsenic bonding sites in ternary chalcogenide glasses. Solid State Communications, v.151, (2011), 1459-1462.

3. Исаев А.И., Мехтиева С.И., Гарибова С.Н., Алекперов Р.И. Исследование оптических параметров халькогенидной стеклообразной полупроводниковой системы Se-As, содержащей примеси EuF3. Физика и техника полупроводников, т.45, в.8 (2011).

4. Исаев А.И., Мехтиева С.И., Гарибова С.Н., Зейналов В.З. Электропроводность халькогенидной стеклообразной системы Se95As5, содержащей примеси редкоземельных атомов EuF3 в сильных электрических полях. Физика и техника полупроводников. т.46, в.9 (2012), 1138-1142.

5.R.I.Alekberov, A.I.Isayev, S.I.Mekhtiyeva, G.A.Isayeva. Modification of amorphous film structure of chalcogenide glass-like semiconductors due to the change of their chemical composition. Chalcogenide Letters, v.10, №9 (2013), 335-339.

6.Azərbaycan Milli Ensiklopediyasında respublikada fizikanın inkişaf tarixini özündə əks etdirən “Fizika” məqaləsi (Azərbaycan və rus dillərində).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  Rusiya EA «Знание» cəmiyyəti 
Pedaqoji fəaliyyəti 1995-ci ildən başlayaraq BDU-da vaxtaşırı saathesabı pedaqoji fəaliyyətlə məşğul olmuşam. 
Digər fəaliyyəti 

1. AMEA-nın Xəbərləri jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının redaksiya heyətinin üzvü;

2. “Fizika” jurnalının redaksiya heyyətinin üzvü.
Təltif və mükafatları AMEA-nın fəxri fərmanı
Əsas iş yeri və ünvanı AMEA Fizika İnstitutu, Bakı, H.Cavid pr.131
Vəzifəsi Laboratoriya rəhbəri 
Xidməti tel. (+994 12) 5393528
Mobil tel. (+994 50) 3505158 
Ev tel. (+994 12) 4328085
Faks  
Elektron poçtu msalima@lan.ab.az