Ağayeva Dilzarə Nadir qızı

 

Veb-sayt      
Anadan olduğu yer Azərbaycan Respublikası, Quba  şəhəri
Təvəllüdü 05.06.1968
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Biologiya elmləri doktoru
Elmi rütbəsi Dosent

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 


03.00.05 (hazırda 2417.01)

Botanika

Azərbaycanda ağac cinsləri traxeomikozlarını törədən göbələklərin biologiyası

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 


2430.01

Mikologiya

Meşə ağaclarının göbələkləri, fitopatogen növlərin taksonomiyası və filogeniyası

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

67

 

35

15

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

- fəlsəfədoktorlarının sayı

- elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri Azərbaycanda meşə əmələ gətirən ağac növlərinin göbələklərinin növ tərkibi müəyyən edilmişdir. Meşə ağaclarında xəstəlik törədən patogen və potensial patogen göbələk növləri tədqiq edilmişdir.

İlk dəfə olaraq Azərbaycanda şabalıd (Castanea sativa), qarağac (Ulmus minor) oduncağının və enliyarpaqlıların kök çürüməsi törədiciləri olan Cryphonectria parasitica, Ophiostoma novo-ulmi, Armillaria mellea növləri morfoloji və molekulyar yanaşmalar tətbiq etməklə aşkar edilmiş, xəstəlik törədiciləri olması patogenlik testi qoymaqla eksperimental yolla təsdiq edilmişdir.

Azərbaycanda endem şam ağacından (Pinus brutia subsp. eldarica) Ophiostoma ips göbələyi və onun həşərat vektorları olan qabıq böcəkləri (Coleoptera: Scolytidae, Orthotomicus erosus və Hylurgus ligniperda) aşkar edilmişdir. Böcək növlərinin Azərbaycana yaxın zamanlarda introduksiya edilməsinə dair ehtimal irəli sürülmüşdür.

Reduksiya olunmuş morfoloji əlamətlərə və yüksək pleomorf təbiətə malik Sporothrix anamorflu Ophiostoma növlərinin morfoloji və rDNT operonunun 5.8S geni daxil olmaqla daxili transkripsiya sahələrinin (ITS1/ITS2) və β-tubulin geninin (BT2) bir hissəsinin ardıcıllıqları əsasında ətraflı filogenetik analizi verilmişdir. Aşkar edilmişdir ki, O. stenoceras hesab edilən növ özü bir neçə növdən ibarət heterogen kompleksi təmsil edir.

O.quercus-O.piceae kompleksində Ophiostoma quercus növünün sərhədləri mikro-morfoloji və dörd gen sahəsinin (5.8S geni daxil olmaqla ITS1/ITS2, BT2, TEF1-α, HIS) DNA ardıcıllıqları əsasında tədqiq edilmiş, O.quercus növünün sərhədləri müəyyən edilmiş, kompleksdəki digər növlərin sinonim statuslarına aydınlıq gətirilmişdir.

Elm üçün Ophiostoma, Raffaellea və Sporothrix cinslərinə aid 9 yeni növ təsvir edilmişdir. Tədqiqatlar CAR-ın Pretoriya Universitetinin Meşə və Kənd Təsərrüfatı Biotexnologiya İnstitutunda PostDok Proqram üzrə, STCU №3625 (2006-2008), № 4797 (2009-2011); UNESCO/Keizo Obuchi Research Fellow¬ships Programme (2005-2006); EİF-2010-1(1) (2010-2011) və s. layihələr çərçivəsində aparılmışdır.

Elmi əsərlərinin adları

 1. Aghayeva D.N. Mycobiota of Castanea sativa Mill. in Azerbaijan. Forest, Snow and Land­scape Research. 2001. v. 76. № 3, p. 405-408.

2. Aghayeva D.N., Wingfield M.J., De Beer Z.W., Kirisits T. Two new Ophiostoma species with Sporothrix anamorphs from Austria and Azerbaijan. Mycologia, 2004, v.96, №4, p. 865-877.

3. Aghayeva D.N., Wingfield M.J., Kirisits T., Wingfield B.D. Ophiostomadentifundum sp.nov. from oak in Europe, characterized using molecular phylogenetic data and morphology. Mycological Research, 2005. v.109, № 10, P.1127-1136.

4. Aghayeva D., Harrington T. First report of Cryphonectria parasitica on chest­nut ( Castanea sativa) in Azerbaijan. Plant Pathology, 2008, v. 57, №2, p.383

5. Grobbelaar J., Aghayeva D.N., de Beer W., Bloomer P. Wingfield M.J., Wingfield B.D. Delimitation of Ophiostoma quercus and its synonyms using multiple gene phylogenies. MycologicalProgress, 2009. v.8, № 3, p. 221-236.

6. Harrington T.C., Aghayeva D.N. Fraedrick S.W. New combinations in Raffaelea and four new species from the redbay ambrosia beetle Xyleborus glabratus. Mycotaxon, 2010, v.111. p. 337-361.

7. Ağayeva D.N. Mikologiyada tətbiq edilən ənənəvi və müasir metodlar. Bakı: Elm,  2011. 207 s.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

Azərbaycan Botaniklər cəmiyyətinin üzvü.

Pedaqoji fəaliyyəti  Bakı Dövlət Universiteti (1999, 2000, 2013)
Digər fəaliyyəti 

AMEA-nın Botanika İnstitututunun Elmi Şurasının üzvü,

AMEA-nın Mikrobiologiya  İnstitututunun nəzdində fəaliyyət göstərən FD 01.222 Dissertasiya Şurasının üzvü

AMEA Botanika İnstitutunun Elmi Əsərlər toplusunun redaksiya heyətinin üzvü
Təltif və mükafatları

Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının mükafatı (UNESCO/Keizo Obuchi Research Fellowships Programme) mükafatı (2006)

AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı (2007)
Əsas iş yeri və ünvanı  AMEA-nın Botanika İnstitutu. Badamdar yolu 40, Bakı, AZ1004
Vəzifəsi  “İbtidai bitkilərin sistematikası” şöbəsinin müdiri
Xidməti tel. (+994 12) 5024330
Mobil tel.  
Ev tel.  
Faks (+994 12) 4970994
Elektron poçtu  Dilzara_Aghayeva@botany.az