Əlizadə Aydın Arif oğlu

 

Veb-sayt http://alizadeh.narod.ru
Anadan olduğu yer Azərbaycan SSR, Bakı şəhəri 
Təvəllüdü 21.10.1963 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutu 
Elmi dərəcəsi Fəlsəfə üzrə elmlər doktoru 
Elmi rütbəsi Dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

7211.01

Fəlsəfə tarixi

Bibliya və Quran: müqayisəli təhlil (dünyagörüşü aspekti) 
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

7211.01

Fəlsəfə tarixi

İslam dünyagörüşündə ilahi və dünyəvi hakimiyyət

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

95

 

27

 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

2

Əsas elmi nailiyyətləri Elmi araşdırmalarda nailiyyətləri:

1. Ensiklopedik lüğətlərin və monoqrafiyaların yayımlanması ilə dinşünaslıq və dinin fəlsəfəsi elmlərinin inkişafına öz töhfəsini vermişdir.

2. Keçmiş Sovet məkanında ilk dəfə İslam apologetikası sahəsində monoqrafiyalar dərc edib.

3. Mədəniyyətşünaslıq elmi sahəsində Qədim Babil və Misir mədəniyyətlərini araşdırıb, silsilə məqalələr dərc etdirib, bu istiqaməti Azərbaycanda popularlaşdırıb.

4. Fəlsəfə tarixi sahəsində ilk dəfə Azərbaycan dilində antik təlsəfə tarixi üzrə dərs vəsaitinin yayımlayıb. Eləcə də Azərbaycan dilində ilk dəfə olaraq Xristianlığın tarixi və fəlsəfəsini araşdıran monoqrafiya müəllifidir.

5. Fəlsəfi polemika sahəsində Azərbaycanda ilk nəzəri elmi işlər yazıb, monoqrafiya dərc edib, bu istiqamətdə sosial şəbəkələrdə opponentlərlə mübahisələr edərək praktiki fəaliyyət göstərib.

6. Tarix elmi sahəsində ilk dəfə olaraq Azərbaycanda sovet hakimiyyətinə qarşı mübarizə aparmış gizli təşkilatların fəaliyyətini araşdırıb, məqalələr dərc etdirib. Eləcə də ilk dəfə sovet dönəmi Azərbaycanda ən böyük repressiya işlərindən birini araşdırmış, bu istiqamət üzrə elmi işlər təqdim etmişdir. İslam tarixinə aid monoqrafiya yayımlamışdır.

7. Xaricdə və Azərbaycanda həmin istiqamətlər üzrə elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

8. Əsərlərinə xarici və yerli alim və tədqiqatçılar çoxlu sayda elmi istinadlar edib. Elmi fəaliyyətinin təqdimatında müasir üsulların tətbiq etməsi

9. Nailiyyətlərdən biri də elmi işlərinin həm də video çəkilişləri vasitəsi ilə sosial şəbəkələrdə yayması və kütləviləşdirməsidir.

10. Azərbaycan Vikipediyasında yüxarıda sadalanan sahələr üzrə 200-ə yaxın məqalələr dərc etməklə həmin istiqamətlərin kütləviləşməsinə zəmin yaratmışdır.

11. Elmi fəaliyyətinin elektron variantına salıb şəxsi saytında əks etdirmişdir.

Elmi əsərlərinin adları 1. Коран и Библия: сравнительный анализ (мировоззренческий аспект). Баку: Абилов, Зейналов и сыновья, 2002, 132 с.

2. Хроника мусульманских государств I-VII вв. xиджры. М.: Умма, 2004; 2-е издание там же, 2007, 400 с.

3. Божественная и земная власть в Исламском мировоззрении. Баку: Адильоглы, 2004, 224 с; 2-е издание: М., Нур. 2013.

4. Исламский энциклопедический словарь. М.: Ансар. 2007

5. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar). Bakı: Əbilov, Zeynalov və oğulları, 2007, 172 s.

6. Исламская апологетика. Ответы критикам Ислама. Баку: Идрак, 2008, 420 с.

7. Ислам не такой! А какой? 40 ответов критикам Корана и Сунны (в соавторстве с А. В. Полосиным). М.: Ансар, 2008, 288 s.

8. Проблемы современного исламского мировоззрения. Религиозно-философские диалоги. Баку: Текнур, 2009, 238 с

9. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, 308 s.

10. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC 2016, 298 s.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  AMEA Fəlsəfə institutunun dissertasiya şurasının üzvü 
Pedaqoji fəaliyyəti 2005-1014-cü illərdə Bakı musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan dövlət Pedağoji universitetində, Əl-Fərabi adına Qazaxstan Dövlət Universitetində fəlsəfə, mədəniyyətşünaslıq, dinin dəlsəfəsi, dinşünaslıq, dinlər tarixi, politologiya, sosial antropologiya, əməyin sosiologiyası, ekologiyadan, insan alveri fənlərindən dərs demişdir. 
Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Fəlsəfə İnstitutu, AZ1143, Bakı şəh., H.Cavid pr. 115 
Vəzifəsi Baş elmi işçi 
Xidməti tel. (+994 12) 5372279 
Mobil tel. (+994 51) 3549633 
Ev tel.  
Faks  
Elektron poçtu alizadeh@mail.ru