Cavadova Həqiqət Əliəşrəf qızı

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü 09.10.1939
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Texnika üzrə elmlər doktoru
Elmi rütbəsi Baş elmi işçi
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



2314.01

"Neft kimyası"

"Fosfit turşusunun efirlərinin sintezi və aşqar kimi sürtkü yağlarına və müxtəlif metallara əlavə kimi tədqiqi"
Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



2314.01

"Neft kimyası"

"Motor yağlarına yeni aşqarlar kompozisiyalarının yaradılması və tətbiqi"
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

183

 

73

 

27

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 58
Kadr hazırlığı:     

- fəlsəfədoktorlarının sayı

- elmlər doktorlarının sayı


4

Əsas elmi nailiyyətləri 1. Tərkibində fosfor, kükürd, azot, barium, kalsium, bor və digər kimyəvi element və funksional qruplar olan üzvi birləşmələrin texnikanın müxtəlif sahələrində, xüsusilə gəmi, teplovoz, avtotraktor mühərriklərində istifadə olunan sürtkü yağlarına aşqar kimi tədqiqi əsasında yeni motor yağları yaradılmışdır: M-10Г2k, M-10B2, M-14B2, M-12BБ, M-14ГБ,M-14Г2, М-16ИХП-3, М-20Бп, М-10Г2ЦС;

2. Motor yağları üçün yeni aşqar kompozisiyalarının yaradılması üçün müxtəlif funksional xassəli yüksək təsirli yeni nəsl aşqarların seçilməsi üzrə tədqiqatlar aparılır;

3. Yaradılmış yağların “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institutun “Aşqar” Təcrübi İstehsallı Xüsusi Texnoloji Bürosunda (XTB) istehsalı təşkil edilmişdir.

4. Bakı baza yağları əsasında işlənib hazırlanmış M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur. М-10В2 və М-14В2 yağları MDB ölkələrinə ixrac olunub;

5. Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl Limanı, və Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqu М-20Бп, М-20В2Ф yağının sürtkü kompozisiyaları yerli xammal əsasında yaradılmışdır;

6. İşlənmiş motor yağlarının təkrar istifadəsini təmin etmək məqsədilə aparılan tədqiqatlar nəticəsində yeni regenerasiya üsulu – texnoloji proses işlənmişdir.

7. Regenerasiya məhsullarının tətbiqi üzrə tədqiqatlar iki istiqamətdə aparılır: yağın ilkin göstəricilərini təmin etməklə yenidən tətbiqə yönəldilməsi və regenerasiya məhsulları ilə Bakı distillə yağlarının kompaundu və aşqar kompozisiyası əsasında avtotraktor dizellərində istifadə edilən Г, Г2 qrup yağların yaradılması. Müəyyən edilmişdir ki, müxtəlif təyinatlı motor yağlarının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər;

8. Onun rəhbərliyi altında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə “Müasir Modul elektrik stansiyalarında istifadə edilmiş sintetik və mineral sürtkü yağlarının regenerasiyası” adlı layihə həyata keçirilmişdir (EİF-2010-1(1)-40/34-M-32;

9. Onun birgə rəhbərliyi altında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə ”Gücləndirilmiş gəmi dizelləri üçün yerli xammal əsasında M-20В2Ф tipli motor yağının yaradılması” adlı layihə həyata keçirilmişdir (EİF 2011-1(3) 82/57/4).

10. Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə “Yerli bentonitləri istifadə etməklə işlənmiş yağların regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ əsasında sürtkü yağlarının işlənib hazırlanması” adlı layihə həyata keçirilmişdir EİF/MQM/Sənaye- 2014-4(19) - FT

Elmi əsərlərinin adları 1. Cavadova H.Ə.Cəfərova, İ.A.Аббасова, М.Т.Məhərrəmova Z.K. Müxtəlif növ dizel mühərrikləri üçün motor yağlarının biosidlər vasitəsi ilə biodavamlığının tədqiqi Akad.Ə.Quliyev ad. Aşqarlar Kimyası İnstitutunun yaradıl. 50 illiyinə həsr olunmuş Resp.elmi konfr.13-14 oktyabr, 2015

2. Əlizadə A.A.Fərzəliyev, V.M Cavadova, H.Ə..Ramazanova, Y.B. Kərimov K.T. Itiyerişli nəqliyyat dizelləri üçün motor yağı Patent Azərb.resp.standartlaşma və Patent üzrə Dövlət Komitəsində (məxfi) 10.06.2015.

3. Фарзалиев В.М. Джавадова A.А Аббасова М.Т.Джафарова И.А. 1-Арил-2-нитроэтены в качестве антимикробных присадок к смазочным материалам Az.Respublikası Təhsiln Nazirliyi Gəncə Dövlət Universiteti Müasir biologiya və kimyanın aktual prob-lemləri Beynəlxalq konfrans 2016. s.34-37

4. Фарзалиев В.М. Джавадова A.А Аббасова М.Т.Джафарова И.А. 1-Арил-2-нитроэтены в качестве антимикробных присадок к смазочным материалам International Journal of Research Studies in Science, Engineering and Technology 2016 s.23-26

5. Fərzəliyev V.M Cavadova H.Ə..Müasir dizel mühərrikləri üçün sürtkü kompozisiyaları TezisIX Bakı Beynəlxalq Məmmədəliyev Konfransı 4-5 oktyabr, 2016 s. 179.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının (ASE) əsas müəlliflərindəndir.
Təltif və mükafatları 1. Azərbaycan Respublikasının “Tərəqqi” medalı

2. “Əmək veteranı” fəxri adı

3. AMEA-nın Fəxri Fərmanları

Əsas iş yeri və ünvanı AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, AZ1029, Azerbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şossesi, 2062-ci məhəllə.
Vəzifəsi Laboratoriya müdiri
Xidməti tel. (+994 12) 5149612
Mobil tel. (+994 50) 3418326
Ev tel. (+994 12) 5643496
Faks (+994 12) 5149612
Elektron poçtu aki05@mail.ru