"Tusi" nəşriyyatı

Ünvan: AZ7000 Azərbaycan Respublikası, Naxçıvan ş. H.Əliyev pr., 35
Tel. (+994 36) 446984
Faks  
Elektron poçtu

qafarqerib@rambler.ru

Struktur bölmənin rəhbəri Qafar Tahar oğlu Qənbərov
Redaktor Zülfiyyə Tofiq qızı Məmmədli 
Təşkilatın işçilərinin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  AMEA Naxçıvan Bölməsinin «Xəbərlər» jurnalını, müxtəlif elmi kitabları və xüsusi buraxılışları nəşr etmək. 
Əsas elmi nəticələri

«Tusi» nəşriyyatı yarandığı vaxtdan bu günədək əsasən AMEA Naxçıvan Bölməsinin elmi nəşri olan «Xəbərlər» jurnalının çapı ilə məşğul olmuşdur. Bu günədək «Xəbərlər» jurnalının 45 nömrəsi işıq üzü  görmüşdür. Bu nömrələrin 23-ü ictimai və humanitar elmlərə, 22-si isə təbiət və texniki elmlərə həsr edilmişdir. Hazırda jurnalın təbiət və texniki elmlər seriyasının 23-cü nömrəsi çapa hazırlanır. AMEA Naxçıvan Bölməsinin «Əlaqə» adlı telefon kitabçası, Bayram Rzayev və Aliyə Məmmədxanovanın “İndium”; Mütəllim Nəsirovun “İzahlı Biologiya lüğəti”; Yaqub Axundovun “Fransız dili”, “Fransız dili – test bankı”;  “Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu”; Fatmaxanım Nəbiyevanın “Arid ərazilərin florası və səhralaşma”, “Yarımsəhra və səhra ekosistemlərinin deqradasiyası” kitabları “Tusi” nəşriyyatında çap olunmuşdur. Bundan başqa, «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri», “Naxçıvan Muxtar Respublikasının yaradılması: Tarix və müasirlik”, “Naxçıvan bu gün: İslahatlar, perspektivlər” kitabları da “Tusi” nəşriyyatının redaksiya heyəti tərəfindən yığılıb-hazırlanmışdır.

-Təşkilatın tarixi haqqında qısa məlumat: 2005-ci ildə AMEA Naxçıvan Bölməsinin nəzdində «Tusi» adı ilə  fəaliyyətə başlamışdır. Nəşriyyat ilkin dövrdə təkcə «Xəbərlər» jurnalının nəşri ilə məşğul olmuşdur. Hazırda «Tusi» nəşriyyatının fəaliyyət dairəsi günbəgün genişlənir. Artıq burada dəyərli elmi kitablar, bölmənin “Hesabat”ları çap olunur, AMEA Naxçıvan Bölməsinə lazım olan blanklar, açıqcqlar, proqramlar hazırlanır.