Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  TƏŞKİLATLAR

“Kibernetika” Elmi İstehsalat Birliyi

 

Ünvan AZ1141, Bakı ş., B.Vahabzadə küç., 9  
Tel. (+994 12) 5392253 
Faks (+994 12) 5392253 
Elektron poçtu xkb@box.az 
Direktor

Quluyev Qəmbər Ağaverdi oğlu

Texnika üzrə elmlər doktoru

(+994 12) 5392253
scb_06@mail.ru
Baş mühəndis

Məlikov Rasim Ağarza oğlu

(+994 12) 5392242

mrasim@mail.ru

Yaranma tarixi  AMEA  “Kibernetika” Xüsusi Konstruktor Bürosu, Azərbaycan SSR Nazirlər Sovetinin 6 yanvar 1978-ci il 21№-li Sərəncamına və Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 21 fevral 1978-ci il 7№-li qərarına uyğun olaraq yaranmışdır. 
Əsas fəaliyyət istiqamətləri İstehsalatın müxtəlif sahələrində idarəetmə, nəzarət və diaqnostika sistemlərinin işlənib hazırlanması və tədbiq edilməsi. 
Əsas elmi nəticələr Respublika və beynəlxalq səviyyəli müxtəlif tip idman yarışlarının idarə edilməsi üçün idarəetmə və məlumat sistemləri işlənib hazırlanmışdır.

Heydər Əliyev adına Bakı Neft emalı zavodunda:

-MK-301/2 kompressor aqreqatının vibrasiya vəziyyətinin diaqnostikası və proqnozlaşdırılması üçün robast informasiya sistemi işlənmiş və 2007-ci ildə istismara verilmişdir.

-Texnoloji parametrlərin intellektual monitorinq sistemi işlənmiş və  2008-ci ildə istismara verilmişdir.

Neftqazçıxarma müəssisələri üçün yeni nəsil ölçü, nəzarət, diaqnostika sistemləri işlənib hazırlanmışdır:

- Şirvan OC LTD  üçün  məsafədən nəzarət, diaqnostika və idarəetmə sistemi işlənib hazırlanmış və tətbiq edilmişdir. Sistem 2009-cu ildən istismara verilmişdir.

- Karasu Operating Company  üçün 8 quyu üçün Mancanaq dəzgahının Səlist İdarəetmə Stansiyası (MDSİS) işlənib hazırlanmış və istismara verilmişdir. Bu MDSİS-lər əsasında «Karasu Operating Company» mədənlərinin neft quyularından, məsafədən (naqilsiz) məlumatın  toplanması və idarəedilməsi sistemi yaradılmışdır. Sistem 2010-cu  ildən istismara verilmişdir.

- Balaxanıneftin 3619 saylı quyusunda 2009-2011-ci illər ərzində MDSİS tətbiq edilmiş və eksperimentlər aparılmışdır. İşin səmərəliliyi və geniş tədbiqi haqqında arayış alınmışdır.

- Salyan Oil LTD üçün 6 ədəd qrup ölçü qurğusunda “Ayna” kompleksinin Trap nəzarət qurğusu işlənib hazırlanmış və tətbiq edilmişdir. Qurğular 2012-ci ildən istismara verilmişdir.

- “Bibiheybətneft” NQÇİ üçün 35 quyuda “Mancanaq dəzgahlı quyuların məsafədən idarəetmə və diaqnostikası” sistemi işlənib hazırlanmış və 2013-cü ildə istismara verilmişdir.

- Anomal seysmik proseslərin monitorinqini həyata keçirmək üçün RNM ASP stansiyalarının şəbəkəsi işlənib hazırlanmışdır. Hal-hazırda belə stansiyalardan 7-si respublika ərazisində yerləşdirilib. 

İşçilərinin ümumi sayı 27 
Struktur bölmələri

İşləyib hasırlama  şöbəsi

Proqramlaşdırma şöbəsi

İstehsalat şöbəsi

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Qati Gülcazi Qurbanovna

İctimaiyyətlə əlaqələrə məsul şəxs Məlikov Rasim Ağarza oğlu 
Elmlər doktorları 

Rzayev Abbas Heydər oğlu

Fəlsəfə doktorları 

Quluyev Qəmbər Ağaverdi oğlu

Paşayev Fəxrad Heydər oğlu

Rzayev Asif Hacı oğlu