Canibəyov Nazil Fazil oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş.  
Təvəllüdü 21.09.1942 
Vəfat etdiyi tarix 06.05.2017
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Kimya elmləri doktoru  
Elmi rütbəsi Professor  
Namizədlik (PhD)

dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 


02.00.13

Neft kimyası

“Polipropilenin qocalmasına qarşı kükürd-fosfor üzvi birləşmələrin stabilləşdirici kimi tədqiqi”
Doktorluq dissertasiyasının

mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 


02.00.13

Neft kimyası

“Fenollar əsasında metalditiofosfatlat – polimer maddələrin stabilizatorları”
Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı

 

2007

neft kimyası

Çapdan çıxmış elmi

əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi

əsərlərinin sayı

- beynəlxalq bazalarda

referatlaşdırılan və

indeksləşdirilən

jurnallarda çap olunan

məqalələrin sayı

240

 

118

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 40
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı

 

6

Əsas elmi nailiyyətləri Tərkibində müxtəlif heteroatomlar (fosfor, kükürd, azot, oksigen) saxlayan, xüsusən ditiofosfat və ditiofosfonat tərkibli, kompleksonatların sintez üsulları işlənib hazırlanmışdır və onların əsasında müxtəlif metalların kompleksləri sintez edilmiş, onların kimyəvi və stereokimyəvi quruluşları müəyyən edilmişdir. Bu kompleks birləşmələr əsasında polimer materiallarına, motor yağlarına və yanacaqlarına yüksək effektivli yeni növ polifuksional kimyəvi əlaqələr yaradılmışdır. Dəyişən valentli metalların ditiofosfatları və ditiofosfonatları ilə alüminium üzvi birləşmələr əsasında indiyə qədər məlum olmayan dien və olefin karbohidrogenlərinin oliqomerləşmə, sooliqomerləşmə və polimerləşmə prosesləri üçün, eyni zamanda son məhsulların stabilləşdirilməsi üçün bifunksional katalizator-stabilizatorlar sistemləri yaradılmışdır. Bu metal kompleks birləşmələrin və katalizator-stabilizator sistemlərinin bəziləri sənayedə tətbiq edilmiş və yaxud tətbiq edilməsi üçün tövsiyə olunmuşdur.

Dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparmış və göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məsuldarlığı ilə məlum homogen sistemlərin bir neçə dəfə effektlidir. Alkilkarbonatların, alkil- və polialkilakrilatların alınma prosesləri üçün yüksək aktivliyə və selektivliyə malik katalizatorlar, iniferterlər işlənib hazırlanmışdır.

Elmi əsərlərinin adları 1. F.Ə.Nəsirov, F.M.Novruzova, Ş.H.Əxyari, A.H.Əzizov, N.F.Canibəyov. Şaxələnmiş polibutadienlərin alınmav üsulu. Az. Patenti i20110059 (28.06.2011). Prioritet 29.04.2009

2. F.A.Nasirov, S.R.Rafieva, G.N.Hasanova , N.F.Janibayov. Synthesis of Metal Dithiophosphates on HLaY and HY Zeolites and Polymerization of 1,3-Butadiene with heterogeneous Catalytic Dithiosystems . High-Performance polymers for Engineering-Based Composites. App.Acad.press. and CRC Press USA, 2015, 408p. PP.29-38

3. Ф.А.Насиров, С.Р.Рафиева, А.М.Асланбейли, М.Х.Мамедов, А.М.Тагиева, Р.Ф.Фарзалиев, Н.Ф.Джанибеков. Новые инифертеры для получения полиалкилакрилатов с регулируемой молекулярной массой. Химические проблемы 2016,(14)2, стр.131-138

4. F.A.Nasirov, Sh.Ahyari, N.F.Janibayov, S.R.Rafieva. Изв.НАН Грузии, серия химическая 2016, v.42, №1, р.72-78

5. Tagieva A.M., Farzaliev R.F., Nasirov F.A., Aslanbeyli A.M., Janibayov N.F. Synthesis of polybutylacrilates by RAFT-polymerization using new iniferteres. European Journal of Analytical and Applied Chemistry. 2,2016, Austria, Vienna, p.38-42

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi kimya İnstitutunun nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü 
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutunun nəzdində olan Dissertasiya şurasının üzvü, “Neft kimyası və neft emelı prosesləri”, “Kimya problemləri”, “Elm dünyası” jurnallarının redaksiya heyətinin üzvüdür.
Təltif və mükafatları 1. SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı

2. Dövlət orqanlarının və AMEA-nın Fəxri fərmanları 3. Avropa Nəşr Mətbu Evinin qızıl medalı
Sonuncu iş yeri və ünvanı AMEA Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30
Sonuncu vəzifəsi "Neft kimya sintezi" şöbəsinin, “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr” laboratoriyasının müdiri.