Seyidov Nadir Miribrahim oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan MR,  Naxçıvan şəhəri   
Təvəllüdü 28.04.1932 
Vəfat etdiyi tarix 05.10.2015
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, kimya fakültəsi
Elmi dərəcəsi Kimya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-          mövzunun adı


02.00.13

Neft kimyası

Ksilol izomerlərinin ayrılması və oksidləşməsi
Doktorluq dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-         mövzunun adı



02.00.13

Neft kimyası

Aşağı molekullu olefinlər əsasında yeni elastomerlərin alınması
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


1989

yüksək molekullu birləşmələr kimyası
 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001

kimya
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 367
Xaricdə çıxmış elmi əsərlərinin sayı 131
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 64
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 98
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı



33

Əsas elmi nailiyyətləri Neft-kimya sintezi və yüksək molekullu birləşmələr sa-həsində mütəxəssisdir. Etilenin propilenlə və digər olefinlərlə metal üzvi katalizatorların iştirakı ilə birgə polimerləşmə reaksiyalarının öyrənilməsi sahəsində geniş elmi-tədqiqat işləri aparmışdır. Etilen-propilen sintetik kauçuklarının maye propilen mühitində birgə polimerləşmə prosesinin kimyası və texno-logiyası iri təcrübə qurğusunda öyrənilmiş və sənaye prosesi yaradılmışdır. Bu məqsəd üçün lazım olan dienlərin alınması (o cümlədən, etiliden və vinil norbornenin) və texnologiyası öyrənilmiş və sənayedə tətbiq olunmuşdur. Etilen və digər ole-finlər əsasında yeni kauçuklar alınmışdır.

Etilen-propilen kauçukunun parçalanması əsasında yüksək keyfiyyətə malik olan yağlar, özlülük aşqarlarının alınma prosesini öyrənmiş və sənayedə tətbiq etmişdir. Onun rəhbərliyi ilə polimerləşmə, oliqomerləşmə, alkilləşmə prosesləri üçün yeni növ katalizatorlar sintez edilmişdir. Bu katalizatorlar bir sıra sənaye qurğularında (butil-kauçuk, poliizobutilen, etilbenzol və s.) sınaqdan keçirilmiş və bu məqsəd üçün istifadə olunan katalizatorlardan daha səmərəli olduğu müəyyən edilmiş və geniş tətbiq edilmişdir.

Elmi əsərlərinin adları 1. Н.М.Сеидов "Новый синтетический каучук на основе этилена и пропилена" Баку, «Азернешр», 1968г.

2. N.M.Seyidov, M.A.Dalin, S.M.Kazımov. ABŞ patenti № 4155 944. 1979.

3. Н.М.Сеидов "Новые синтетические каучуки на основе этилена и a-олефинов." Баку, 1981г., «Элм», 189 стр.

4. N.M.Seyidov, R.S.Kuliev at oll "High-viscosity index lubrications oil from EPR." «Applied Polimer Saiene», №46, 1992, p.1402-1416.

5. Н.М.Сеидов, Ф.О.Гусейнов "Синтез бутилкаучука в среде изопентана в присутствии нового катализатора." «Процессы нефтехимии и нефтепереработки». 2000, №2, с. 40-46.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1997-ci ildə Beynəlxalq Energetika və Ekologiya Akade-miyasının həqiqi üzvü seçilmiş, bir sıra İxtisaslaşdırıl-mış müdafiə şurlarının, о cümlədən, AMEA Neft Kimya Prosesləri İnstitutu, Ümumittifaq elmi-tədqiqat «Olefinlər» institutu, Azərbaycan Neft və Kimya İnstitutu, Polimer Materiallar İnstitutunun, AMEA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun nəzdində olan Şuraların üzvü olmuşdur. N.M.Seyidov 1968-1980-ci illər ərzində sosialist ölkələri qarşılıqlı yardım şurasının kauçuklar üzrə işçi qrupunun üzvü, SSRİ Neft Emalı və Neft-Kimya Nazirliyi nəzdində kauçuklar üzrə koordinasiya şurasının üzvü, SSRİ EA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının üzvü, AEA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının sədri (sonra müavini), «Azərbaycan Kimya jurnalı»nın, «Neft kimyası və neft emalı prosesləri» və «Sumqayıt Dövlət Universiteti» jurnallarının redaksiya heyətinin uzvüdür.
Pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyasının və Bakı Dövlət Universitetinin professor
Digər fəaliyyəti  
Təltif və mükafatları 1. "Şərəf nişanı" ordeni - 1981;

2. Amerika Bioqrafiya İnstitutunun "Cəmiyyətin tərəqqisi naminə" təsis edilmiş qızıl "Amerika Şöhrət medalı" - 2002;

3. Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004.

4. AMEA-nın “Əməkdar elm xadimi” - 2009

5. Prezident təqaüdçüsü - 2012-ci ildən