Əzizov Akif Həmid oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Ağdərə rayonu, Umudlu kəndi 
Təvəllüdü 02.11.1943 
Vəfat etdiyi tarix 20.11.2016
Bitirdiyi ali təhsil müəssisəsi Moskva Dövlət Universiteti, kimya fakültəsi
Elmi dərəcəsi Kimya elmlər doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


02.00.06

Yüksək molekullu birləşmələr kimyasi

Haloidxinonların iştirakında nikelin π-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləşməsinin qanunauyğunluqlarının öyrənilməsi
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-        mövzunun adı


02.00.13 və 02.00.15

Neft kimyası; Kimyəvi kinetika və kataliz

“Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu”

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001

neft kimyası
 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2014

kimya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 594
Xaricdə çıxmış elmi əsərlərinin sayı 341
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 200 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 73
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı



13
4
Əsas elmi nailiyyətləri - Metalkompleks və metalüzvi katalizdə istifadə oluna bilən bir sıra yeni homogen və heterogenləşmiş keçid-metal komplekslərinin sintezi, onların katalitik xassələrinin öyrənilməsi;
- Dienlərin xətti və tsiklik oliqomerləşməsi və sooliqomerləşməsi üçün yeni homogen və heterogenləşmiş metalkompleks katalizatorların yaradılması;
- Olefinlərin selektiv dimerləşməsi, sodimerləşməsi və oliqomerləşməsi üçün yüksək səmərəliyə malik yeni katalizatorların işlənib hazırlanması;
- aşağı və yüksək molekullu müxtəlif quruluşa malik stereorequlyar polibutadien istehsalı üçün yeni bifunksional katalizatorların və texnologiyaların işlənib hazırlanması;
- Oliqomerləşmə və polimerləşmə reaksiyalarının metal-üzvi katalizində aktiv mərkəzlərin yaranması, elementar mərhələlərin təbiəti ilə bağlı bir sıra fundamental xarakterli tədqiqatlar;
- Neft-kimya prosesləri üçün ion-maye sistemlərinin və texnologiyalarının yaradılması;
- Akrilat monomerlərinin tənzimlənən radikal polimerləşməsi üçün yeni sistemin işlənib hazırlanması
- Oliqoalkilnaften quruluşlu yeni tip polialfaolefin sintetik yağlarının alınması və katalizatorları;
- Yağ və yanacaq fraksiyalarından aromatik karbohidrogenlərin selektiv çıxarılması üçün ion maye tipli ekstragentlərin istifadəsinin nəzəri və praktiki əsaslarının öyrənilməsi;
- CO2-nin su ilə termokatalitik (hidrotermik) cevrilməsi ilə karbohidrogenlərə alınması;
- Oliqoalkilaromatik sintetik baza yağlarının etilendən birmərhələli alınma üsullarının və texnologiyasının işlənib hazırlanması;
- Bir sıra metal polimer nanokompozitlərin və faza keçid materiallarının işlənib hazırlanması və xassələrinin öyrənilməsi 
Elmi əsərlərinin adları 1. A.H.Əzizov. Kimya elminin və sənayesinin müasir problemləri (Kitab). Bakı, Elm, 2013, 340 s.

2. А.Г.Азизов. Исследования в области металл-катионного и карбокатионного процессов олигомеризации и полимеризации (Монография), Баку, Елм, 2010, 498с.

3. А.Г.Азизов. Некоторые аспекты металлоорганического катализа процессов олигомеризации и полимеризации (Монография), Баку, Елм, 2009, 371 с.

4. А.Г. Азизов, З.Г.Асадов, Г.А.Ахмедова. Ионные жидкости и их применение (Монография). Баку, Елм, 2010, 580 с.

5 А.Г.Азизов, З.Г.Асадов, Г.А.Ахмедова. Макромономеры (Монография), Баку, Елм, 2009, 386с.

6. A.H.Azizov, A.R. Vakhshuri, R. Aliyeva, Sh.Bagirova. Synthesis, structure and thermophysical properties of Fe2O3 – Al2O3 and polyethylene nanocomposites. J.Applied Polymer Science,-V.124.16.-15 June, 2012, pp 5106 - 5112.

7.A.H.Azizov, Q.I.Amanullayeva, R.V.Aliyeva, B.M.Aliyev, N.R.Bektashi. The new catalysts for synthetic naphtenic acids esterification. Applied catalysis A(396), 2011, p.20.

8.A.H.Azizov, A.R.Vakhshuri, R.V.Aliyeva, G.S.Martinova, A.D.Quliyev. Preparation and study of thermal properties of phase change materials based on paraffinalmumina-filled polyethylene. Applied Polymer Science,2010, 120, 4, pp 1907-1915.

9. А.Г.Азизов и др. Рeакционноспособные олигомеры. Синтез и применение (Монография). Баку, 1998, с. 274.

10.А.Г.Азизов "Активирующее влияние лигандов на каталитические свойства никельсодержащих систем в реакциях линейной олигомеризации и полимеризации. Роль электронных и стерических факторов" (обзор). Успехи химии, 1987 г., в.12, с.2098-2120.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1.Rusiya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası” Elmi Şurasının xarici üzvü

2.Nyu-York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü

3.Dövlət Neft Şirkəti yanında neft emalı üzrə «Elmi-texniki Şura»nın,

4.AMEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutunun (keçmiş Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu) nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuralar, AMEA-nın «Neft-Kimyası, Kinetika və kataliz» Problem Şuralarının, «Azərbaycan Kimya Jurnalı», «Neft Kimyası və neft emalı prosesləri», «Elm dünyası» jurnallarının redaksiya heyətlərinin üzvüdür və ya üzvü olmuşdur

5.Azərbaycanda yeni neft-qaz və neft-kimya kompleksinin qurulması üzrə ARDNŞ-in işçi qrupunun üzvü

6.Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA-nın birgə elm fondunun ekspert komissiyalarının üzvü
Pedaqoji fəaliyyəti M.V. Lomonosov adına Moskva Dövlət Universitenin Bakı filialının tələbələrinin bakalavr pilləsi üzrə diplom işlərinin yerinə yetirilməsinin kordinatoru  
Digər fəaliyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədri (2009-2010)
Təltif və mükafatları - 1968-ci ildə SSR Elmlər Akademiyasının I-ci dərəcəli diplomu
- 1986-cı ildə “Əmək şücaəti” medalı
- 1994-cü ildə “Soras” fondunun fərdi qrantı
- 2006-cı və 2013-cü illərdə AMEA-nın Fəxri Fərmanı
- 2009-cu ildə Əməkdar Elm xadimi fəxri adı
- 2010-cu ildə Azərbaycan Kütləvi-informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və 2013-cü ildə ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin Birinci dərəcəli diplomu ilə təltif olunmuşdur.
- 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” tərəfindən Kimya elmləri sahəsində layihələr müsabiqəsinin qalibi
- 2013-cü ildə Azərbaycan Respublikası «Avropa Nəşr Mətbu Evi» mükafat komissiyasının qərarı ilə «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl medalı ilə təltif olunmuşdur.