Mehdiyev Arif Şəfayət oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 19.12.1934 
Vəfat etdiyi tarix 19.12.2016
Bitirdiyi ali təhsil müəssisəsi Moskva Elektrotexniki Rabitə İnstitutu
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru 
Elmi rütbəsi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2220.01

Yarımkeçiricilər fizikası

Civə telluridin optik xassələri

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2220.01

Yarımkeçiricilər fizikası

Yarımkeçiricilərdə sərbəst yükdaşıyıcıları ilə bağlı optik və fotoelektrik hadisələrin xüsusiyyətləri

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı
 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001
İnformatika 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 400-dən artıq
Xaricdə çıxmış elmi əsərlərinin sayı 140
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 40
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 45-dən artıq
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


20

Əsas elmi nailiyyətləri Yarımkeçiricilərdə optik və fotoelektrik xassələrin fundamental tədqiqatları sahəsində alınmış nəticələr əsasında yeni yarımkeçirici cihazların işlənilməsi yerinə yetirilmiş və həmin işlər praktikada tətbiq olunmuşdur. Bu qəbildən olan işlərin sırasında geniş diapozonda maqnit sahəsini və temperaturu ölçməyə imkan verən yüksək həssaslığa malik yarımkeçirici cihazı, güclü maqnit sahəsində kiçik qradiyentləri ölçən yüksək dərəcədə həssas qurğunu, impuls şüalanma selini qeydə almaq üçün yüksək çevikliyə malik fotoqəbuledici qurğunu, yük yığımlı, yüksək həssaslığa malik fotoqəbuledici qurğunu misal göstərmək olar.

Yerüstü avtomatlaşdırılmış informasiya-ölçü kompleksləri tərkibində hidrometeoroloji və ekoloji parametrlərin yığılması və emalı üçün elektromaqnit dalğalarının müxtəlif diapozonlarında işləyən spektral ölçü cihazları yaradılmışdır. Bu cihazlar və informasiya-ölçü kompleksləri çoxsəviyyəli beynəlxalq aerokosmik eksperimentlərin aparılması zamanı tədqiqatçıları peykaltı ölçmələrlə təmin etməyə imkan vermişdir. Yerüstü və Kosmosdan alınan verilənlərin qəbulu, emalı və tematik təhlili ilə bağlı aparılmış işlər Azərbaycanda Coğrafi Məlumat Sistemlərinin inkişafına təkan vermişdir.

Xəzər dənizinin akvatoriyasında neft məhsulları ilə çirklənmələrin qeydə alınıb qiymətləndirilməsi məqsədilə radiolokasiya sistemi vasitəsilə alınmış təsvirlərdən istifadə olunmuş və təsvirlərin emalı nəticəsində çox kiçik ölçülü neft ləkələrinin qeydə alınması, onların istiqamətinin və yerdəyişmə sürətinin müəyyənləşdirilməsi yüksək dəqiqliklə həyata keçirilmişdir.

Elmi əsərlərinin adları 1. Плазменное отражение в p-HgTe. Физика и техника полупроводников. 1967, т.1, с.1442-1445. (Совместно с В.И.Ивановым-Омским, Б.Т.Коломийцем, Ю.Ф.Марковым и К.П.Смелкаловой)

2. Density of States Effective Mass of Holes in HgTe. Physica Status Solidi. 1968, vol. 27, k169. (Co-authors: V.Ivanov-Omski, F.Kesamanly and B.Kolomiets)

3. The Valance Bond of HgTe. Physica Status Solidi, 1969, vol.32, K83. (Co-authors V.Ivanov, B.Kolomietz and A.Malkova)

4. Electroabsorption of TlInS2 single crystals. Physica Status Solidi. 1977, vol.81, No1, K47- K50. (Co-authors G.D.Guseinov, S.G.Abdullaeva, S.M.Godzhaev, L.A.Alieva и M.Z.Ismailov)

5. The effect of irradiation on photoelectric of Sb-GaSe structure. Physica Status Solidi, 1982, vol. 69, K643 (Co-authors: T.Dzhafarov and M.S.Sadigov)

6. Some Problems With Geosystem Studies From Aerospace Experiment. Remote Sensing Reviews. 1988, vol.3, pp.229-256. (Co-authors T.K.Ismailov and P.V.Guseynov)

7. Functional-structural approach to the synthesis of basic elements in the information measuring system abord the AN-30 air craft laboratory. Remote Sensing Conference and Exhibition. Strasburg, France, 12-15 September 1994, vol.1, pp.464-467. (Co-authors R.A.Tagiev, T.Sh.Shamkhalov, R.Alekperova and M.T.Ismailov)

8. Development and research parameters of microstrip gas detector. Turkish Journal of Physics. 1997, vol.21, No2, pp.232-234.

9. Техногенное загрязнение Каспийского моря. Баку: Элм, 2006, 180 с. (Совместно с А.К.Гюль)

10. Тектоническое развитие, геодинамическая обстановка формирования и закономерности размещения месторождений полезных ископаемых Кавказского сегмента Средиземноморского пояса (Азербайджан). Баку: Озан, 2009, 146 с (Совместно с В.М.Баба-заде, А.М.Пашаевым и др.)

11. Развитие теории операционного исчисления для компьютерного моделирования переходных процессов в сложных нелинейных системах с сосредоточенными параметрами. Milli Aviasiya Akademiyasının Elmi Əsərləri. 2012, №2, c.18-29. (Совместно с А.М.Пашаевым, А.Х.Джанахмедовым, А.И.Мамедовым)

12. Making aerosol measurements using small satellite formation flying. Cosmic Research (Kosmicheskiye Issledovaniya), 2013, vol. 51, No5, pp.396-399. (Co-authors: Kh.G.Asadov, K.Kh.Ismailov)

13. An energo-informational acoustic flaw detection method for large-scale distributed industrial structures. Russian Journal of Nondestructive Testing (Defektoskopiya). 2014, vol.50, No3, pp.150-153. (Co-authors: N.A.Abdullaev, Kh.G.Asadov)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

2. Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü

3. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü

4. Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü

Pedaqoji fəaliyyəti Milli Aviasiya Akademiyası, “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasının müdiri, professor
Digər fəaliyyəti 1. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının üzvü.

2. Azərbaycanın Respublikasının Kosmik Məsələlər üzrə Şurasının üzvü.

3. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvü.

4. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Fizika Problemləri üzrə Elmi Şurasının sədri.

5. Milli Aviasiya Akademiyası “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasının nəzdində yaradılmış “Aerokosmik monitorinq” problem laboratoriyasının rəhbəri.

6. BMT-nin Asiya və Sakit okean regionunun İqtisadi və Sosial problemləri Komissiyasının Azərbaycan üzrə koordinatoru.

7. “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri.

Təltif və mükafatları 1. “Şərəf Nişanı” ordeni (1979)

2. SSRİ Kosmonavtika Federasiyası bürosunun qərarı ilə akad. S.P.Korolyovun anadan olmasının 75 illiyi medalı (1983)

3. Uçuşu İdarəetmə Mərkəzinin Xatirə nişanı (1985)

4. Yerin dünyada birinci süni peyki medalı (1986)

5. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalı (1987)

6. Azərbaycan Respublikasının “Əməkdar elm və texnika xadimi” fəxri adı (1990)

7. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1991)

8. Q.K.Jukovun 100 illiyi Fəxri Yubiley Nişanı (2004)

9. Yusif Məmmədəliyev adına medalı (2004)

10. Rusiya Kosmonavtika Federasiyasının akademik S.P.Korolyov adına medalı (2005)

11. Beynəlxalq Mühəndislik Akademiyasının Beynəlxalq Mükafatı Laureatının Böyük Qızıl medalı (2005)

12. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni (2009)

13. Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı (2011)

14. Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun Sərəncamı ilə “Fransisk Skorina” medalı (2013)

15. Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı (2013)

16. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni (2014)

17. BMT-nin İctimai Təltiflər Şurasının qərarı ilə “Şahanə xidmətlərinə görə” ordeni (2015)