Məmmədova Siddiqə Rza qızı

Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndi 
Təvəllüdü 08.03.1925 
Vəfat etdiyi tarix 05.08.2017 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, aqronom 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


2413.01

Entomologiya

Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri 
Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


2413.01

Entomologiya

Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri 
Müxbir üzv seçilməsi:

- tarix

- ixtisasın adı

1983

Entomologiya
Həqiqi üzv seçilməsi:

- tarix

- ixtisasın adı

2001

Entomologiya
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
224

 

68

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 15 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


15

Əsas elmi nailiyyətləri Çoxillik meyvə, subtropik, yonca və başqa kənd təsərrüfatı bitkilərinin zərərli faunasının geniş öyrənilməsi əsasında mübarizə tədbirlərinin hazırlanması.

Azərbaycanda bölgələr üzrə bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsində ekoloji cəhətdən təhlükəsiz, səmərəli yeni texnologiyaların tətbiqi əsasında inteqrir mübarizənin işlənib hazırlanması.

Elmi əsərlərinin adları 1. "Kənd təsərrüfatı entomologiyasi". Azərnəşr, 1964, 1986

2. "Azərbaycanda meyvə və subtropik bitkilərinin zərərvericiləri və onlarla mübarizə". Azərnəşr, 1974

3. "Azərbaycan SSRİ-də kənd təsərrüfatı bitkilərinin zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə üzrə soraq kitabı".  Azərnəşr, 1965

4. Kənd təsərrüfatı bitkilərinin başlıca zərərvericiləri və xəstəlikləri (fermer təsərrüfatları üçün). Bakı, 2000

5. Bitki mühafizə işlərində istifadə olunması tövsiyyə edilən pestisidlərin kataloqu. Gəncə, 2002.

6. Bitki mühafizəsində istifadə olunması tövsiyyə edilən pestisidlərin kataloqu. Gəncə, 2009.

7. AzETBMİ-50 ildə. Gəncə, 2009

8. Kartof əkinlərində bitki mühafizə tədbirləri. Gəncə, 2010.

9. Bitki mühafizəsində istifadə olunması tövsiyyə edilən pestisidlərin kataloqu. Gəncə, 2011.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  
Pedaqoji fəaliyyəti Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda assisent, dosent (1952-1963)
Digər fəaliyyəti ADAU-nun nəzdində ixtisaslaşmış müdafiə şurasının sədri
Təltif və mükafatları 1. "Şərəf Nişanı" ordeni - 1967;

2. "Əməkdə İgidliyə Görə" medalı - 1967;

3. "Qırmızı Əmək Bayrağı" ordeni - 1971;

4. "Qırmızı Əmək Bayrağı" ordeni - 1978;

5. Azərbaycan SSR "Əməkdar Elm Xadimi" - 1978;

6. "Əmək Veteranı" medalı - 1982;

7. "Şöhrət" ordeni – 2000;

8. "Şərəf" ordeni – 2010;

9. "Beynəlxalq Qızıl Ulduz" medalı – Türkiyə 2010

Sonuncu iş yeri və ünvanı Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutu, Azərbaycan Respublikası, Gəncə şəh., Əziz Əliyev küçəsi, 57 
Sonuncu vəzifəsi Direktor