Aleksandrov Anatoliy Petroviç (1903-1994)

 

Aleksandrov Anatoliy Petroviç 12 mart 1903-cü ildə Taraşa (Ukrayna) şəhərində anadan olmuşdur.

1930-cu ildə Kiyev Universitetini bitirmiş, SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. Sovet fizikidir. Macarıstan EA-nın və İsveç Kral Mühəndislik Akademiyasının üzvü, 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə isə həqiqi üzvü seçilmişdir.

3 dəfə Sosialist Əməyi Qəhramanı (1954, 1960,1973), 4 dəfə SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951,1953) və Lenin mükafatı laureatı (1959) adına layiq görülmüşdür. 7 dəfə Lenin ordeni və başqa medallarla təltif olunmuşdur.

Onun 1936-cı ildə gəmiləri minadan müdafiə etmək üçün işləyib hazırladığı üsuldan Böyük Vətən müharibəsi illərində geniş istifadə olunmuşdur.

1946-1955-ci illərdə SSRİ EA-nın Fizika Problemləri İnstitutunda direktor vəzifəsində çalışmış A.P.Aleksandrov 1946-cı ildən nüvə reaktorlarının yaradılması və atom enerjisindən istifadə sahəsində fəal iştirak etmişdir. 60-cı ildən İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktoru olmuşdur. 1975-ci ildən SSRİ EA-nın prezidenti seçilmiş A.P.Aleksandrov yüksək keçiricilik sahəsində böyük perspektivli tədqiqatlar aparmışdır. Onun elmi işləri nüvə energetikasının texniki problemlərinə, dielektriklər fizikasına və polimer birləşmələrinin mexaniki və elektrik xassələrinin öyrənilməsinə aiddir.

Alim bərk cisimlərin elastikliyi statistik nəzəriyyəsini təklif etmişdir.

A.P.Aleksandrov AMEA-nın Fəxri üzvü seçilmişdir.

A.P.Aleksandrov 3 fevral 1994-cü ildə vəfat edib.