Dəmirəl Süleyman (1924-2015)

Süleyman Dəmirəl 1924-cü ildə anadan olmuşdur. Türkiyənin görkəmli siyasi xadimi, təcrübəli mühəndisi, Türkiyə Cümhuriyyətinin prezidenti (1993-2000) olmuşdur.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı,vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir.

1975-80-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş nazirivəzifəsində çalışmağa başlamışdır.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir.

1990-93-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.

AMEA-nın Fəxri üzvüdür.

Süleyman Dəmirəl 17 iyun 2015-ci ildə vəfat etmişdir.