Doğramacı İhsan (1915-2010)


İhsan Doğramacı İstanbul Tibb Fakultəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb fakültəsində dosent (1949) və professor (1954) olan İ.Doğramacı Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır.

İ.Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq Orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.

1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrənmişdir.

1981-1992-ci illərdə Ali Təhsil Qurumunun sədri olan İ.Doğramacı Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra etmişdir.

İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası və AMEA-nın Fəxri üzvüdür.

İhsan Doğramacı 25 fevral 2010-cu ildə vəfat etmişdir.