Xain Viktor Efimoviç (1914-2009)

 Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. Geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssisdir.

Azərbaycan Sənaye İnstitutunu (ASİ) (1935) bitirdikdən sonra Azərbaycanın geologiya müəssisələrində (1935-54) çalışmışdır.

ASİ-nin (1949-54) və Moskva Universitetinin (1961-ci ildən) professoru, 1957-ci ildən SSRİ EA Geokimya və Analitik Kimya İnstitutunda, 1972-ci ildən SSRİ EA Geologiya İnstitutunda baş elmi işçi olmuşdur.

Onun əsas elmi əsərləri regional geologiya (Qafqaz, Karpat dağları və s.), tektonika, neft geologiyası, geologiya elmləri tarixi sahələrinə aiddir. Onun tərəfindən tektonik hərəkətin və Yer qabığının əsas struktur elementlərinin  təsnifatı  təklif olunub və bir neçə geosinklinal proseslərin ümumi qanunauyğunluqları dəqiqləşdirilib, hal-hazırda o, Yer qabığının əsas inkişaf mərhələlərinin problemləri üzərində işləyir. Beynəlxalq tektonik xəritənin hazırlanması üzrə işlərin rəhbəri, beynəlxalq tektonik xəritələr üzrə Komissiyanın sədr müavini (1971-ci ildən) olmuşdur.

1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Paris Universitetinin fəxri doktoru, Bolqariya və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. Qırmızı Əmək Bayrağı Ordeni və medallarla təltif olunub. Geotektonika və paleocoğrafiya sahələrindəki şərəfli əməyinə görə A.P.Karpinski adına qızıl medalla təltif olunub (1991).

Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.

Viktor Yefimoviç Xain 24 dekabr 2009-cu ildə 95 yaşında vəfat etmişdir.