Keldış Mstislav Vsevolodoviç (1911-1978)


  

Keldış Mstislav Vsevolodoviç (1911-1978) riyaziyyat və mexanika sahəsində görkəmli sovet alimidir. O, SSRİ EA-nın akademiki, 1953-cü ildən etibarən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1960-1961-ci illərdə vitse-prezidenti, 1961-1974-cü illərdə prezidenti və 1974-1978-ci illərdə yenidən SSRİ EA Rəyasət Heyətinin üzvü olmuşdur.

M.V.Keldış 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961, 1971) adına layiq görülmüşdür.

O, 1931-ci ildə MDU-nu bitirmiş, sonradan MAHİ-da (Mərkəzi Aerohidrodinamika İnstitutu), MDU-da (1937-ci ildən professor) və SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda işləmişdir.1953-1978-ci illərdə SSRİ EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun direktoru olmuşdur. M.B.Keldışın uçuş aparatları riyaziyyat, mexanika və aeroqazodinamika sahəsində böyük əməyi olmuşdur. SSRİ-də M.B.Keldış hesablama və maşın riyaziyyatı sahəsinin inkişafında yaxından iştirak etməklə, atom və kosmik texnikası üzrə hesablama məsələlərinin effektiv metodlarını yaratmaqla elmə böyük töhfələr vermişdir. O, kosmos tədqiqatları, raket-kosmik sistemlərinin yaradılması və bu işlərin geniş yayıması üzrə təşəbbüskarlardan biridir. 50-ci illərin ortalarında süni peyklərin Yer ətrafı orbitə çıxarılması, gələcəkdə Aya və Günəş sisteminin digər planetlərinə uçuşların nəzəri əsaslarının işlənməsinə rəhbərlik etmişdir. Yerin ilk süni peyklərinin yaradılması üzrə Elmi Tədqiqat İnstitutunun (ETİ) və konstruktor-bürosunun (KB) fəaliyyətinin əlaqələndirilməsi üzrə Elmi-texniki Şuraya rəhbərlik etmişdir. M.B.Keldış Yer ətrafı kosmik fəza üzrə tədqiqatların aparılması, elmi problemlərin qoyuluşu, planetlərarası mühit, Ay və planetlərin öyrənilməsi, pilotlu uçuşlar proqramlarının həyata keçirilməsinə və həmçinin kosmik uçuşlar və idarəetmə nəzəriyyəsi, naviqasiya və istilik dəyişməsi mexanikasının bir çox problemlərinin həllinə öz bacarıq və əməyini sərf etmişdir. M.B.Keldış "İnterkosmos" proqramı üzrə xariciölkələr  əməkdaşlıq edərək elmi işlərə rəhbərlik etmişdir1942-1946-cı illərdə SSRİ Dövlət mükafatı və 1957-ci ildə Lenin mükafatına layiq görülmüşdür. 7 Lenin ordeni, 3 Qırmızı Əmək Bayrağı ordeni, medallar və bir çox xarici ordenlərlə təltif edilmişdir. 1942-1946-cı illərdə SSRİ Dövlət mükafatı və 1957-ci ildə Lenin mükafatına layiq görülmüşdür. 7 Lenin ordeni, 3 Qırmızı Əmək Bayrağı ordeni, medallar və bir çox xarici ordenlərlə təltif  edilmişdir. 1978-ci ildə SSRİ EA tətbiqi riyaziyyat və mexanika sahəsində, eləcə də kosmik fəzanın öyrənilməsində nəzəri tədqiqatlar üzrə elmi işlərinə görə M.V.Keldış adına qızıl medal təsis etmişdir.

M.V.Keldış AMEA-nın Fəxri üzvü seçilmişdir.

M.V.Keldış 24 iyun 1978-ci ildə vəfat etmişdir.