Səfərli Əliyar Qurbanəli oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Əliyar Qurbanəli oğ­lu Səfərli 28 dekabr 1937-ci ildə Naxçıvan Mux­tar Res­­publikası Ordubad rayonu­nun Anabat kən­­dində anadan olmuşdur. Ordubad şəhərindəki Pe­daqoji məktə­bi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Döv­lət Uni­versitetinin Şərqşü­naslıq fakül­tə­si­ndə təhsil almışdır. 1960-68-ci illərdə AMEA-nın Ni­za­mi adına Ədəbiy­yat İns­titutunda çalışmış, 1966-cı ildə namizədlik dis­­sertasiyası müda­fiə etmiş­dir. 1968-ci ildən Ba­kı Dövlət Universitetində müəllimlik et­mə­­yə baş­la­mışdır. 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliy­yət göstərmişdir. 

1973-cü ildə yenidən Azərbaycan Dövlət Uni­ver­sitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətini davam etdirmişdir. 1983-cü ildə dok­torluq dis­ser­tasiyası müdafiə edə­rək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. BDU-nun professoru və kafedra müdiri olmuşdur. 

Ə.Səfərli 1989-cu ildə Azərbaycan Milli Elmlər Aka­demiyası­nın müx­bir üzvü se­çilmişdir.

Alim Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağ­lı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araş­dıraraq mətn, lüğət və şərhlərlə çap et­dir­miş­dir. «Şəhri­yar», «Das­tani-Əhməd Hərami» das­­tanlarını, Qazi Bürhanəddin, İmadəddin Nə­simi, Şah İsmayıl Xətai, Məhəmməd Əma­ni, Məsihi, Məhcur Şirvani, Məhəmməd Fü­zulinin «Hədiqətüs-süəda» əsərlə­ri­nin elmi-tən­qidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin «Divan»ını aşkar­layaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə «Divan ədə­biy­yatı söz­lüyü» kitabı və «Kitabi Dədə Qorqud» abi­də­si üzərində təd­qi­qatla məşğul olmuşdur.

1994-1998-ci illərdə İran İslam Res­pub­li­kasında Azərbaycan Res­pub­likası­nın föv­qə­la­də və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət gös­tərmişdir.

1998-2002-ci illərdə BDU-da, 2002-ci il­dən Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın Nizami adına Ədə­biyyat İns­ti­tu­tun­da əmək fəaliyyətini davam etdirmişdir.

2015-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən «İlin alimi» fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Ə.Səfərli hazırda Nizami adına Ədəbiyyat İns­titu­tun­­da Orta əsrlər Azər­baycan ədə­biy­ya­tı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Ə.Səfərli 4 yanvar 2017-ci ildə vəfat etmişdir.

 (1937-2017)