Canibəyov Nazil Fazil oğlu

Nazil Fazil oğlu Canibəyov 1942-ci il sentyabrın 21-də Bakıda anadan olmuş­dur. Azər­baycan Dövlət Universitetinin kimya fakül­təsini bitirmişdir (1965).

N.Canibəyov kimya üzrə fəlsəfə dokto­ru (1972), elmlər doktoru (1987) elmi dərə­cə­­sini, professor (1994) elmi adını almış,  AMEA-nın müxbir üzvü seçilmiş­dir (2007).

N.Canibəyov əmək fəaliyyətini 1965-ci ildən Azərbaycan Elmlər Akade­mi­ya­sının Y.Məmmədəliyev adına Neft-Kimya Proses­ləri İnstitutunda mühəndis vəzi­fə­sində başlamışdır. Sonralar kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir.

N.Canibəyov 1986-cı ildən indiyə kimi AMEA NKPİ-də Polifunk­silonal komp­leksonlar və metalkompleks birləşmələr laboratoriyasının mü­diri, 2012-ci ildən isə Neft-kimya sintezi şöbəsinin mü­diri vəzifəsində çalışmışdır.

N.Canibəyov neft kimyası sahəsində tanınmış alim idi. Əsas elmi isti­qa­məti tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metal­komp­leks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və on­ların tətbiq sahə­lərinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metal­komp­leks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stabilizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında an­ti­statik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.

N.Canibəyovun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabi­li­zator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt me­tal­komp­lekslər işlənib hazırlanmış və Rusiyanın Yefremov zavodunda sənaye miq­­yasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliliyi ilə yanaşı, həm­çinin ekoloji problemlərin də həllinə kömək etmişdir. Kobalt saxlayan ditiofosfat-kompleksi Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alın­ma prose­sində katalitik sistemin komponenti kimi uğurla sınaqdan keçirilmişdir.

N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə pro­ses­ləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahə­sində tədqiqatlar aparmışdır. Alınmış nəticələr göstərmişdir ki, bu tip katalitik sistemlər həm aktivliyi və selektivliyi, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.

N.Canibəyov 204 elmi əsərin, o cümlədən 25 müəlliflik şəhadətna­mə­si və 10 patentin müəllifidir. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur.

N.Canibəyov 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazır­lamışdır.

N.Canibəyov AMEA-nın NKPİ-nin nəzdində fəaliyyət göstərən Dis­ser­tasiya Şura­sının, “Neft kimyası və neft emalı prosesləri”, “Kimya problemləri” və “Elm dünyası” jurnallarının redaksiya heyətinin üzvü olmuşdür. Y.Məmmədəliyev adına medalla, “Avropa Nəşr Evi”nin qızıl medalı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Nazil Fazil oğlu Canibəyov 6 may 2017-ci ildə vəfat etmişdir.

(1942-2017)