Bədəlov Rza Əbdül oğlu

Bədəlov Rza Əbdül oğlu 1915-ci il sent­yabırın 25-də Bakı şəhərində anadan olmuşdur.

1941-ci ildə Azərbaycan Sənaye İnsti­tutunu bitirmişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru (1953), texnika üzrə elmlər doktoru (1965) elmi dərəcə­sini, professor (1966) elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü se­çilmişdir.

R.Bədəlov Əzizbəyovneft trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktor, sex rəisi (1941-1944), ASİ-də aspirant, assi­sent, baş müəllim, dosent, professor, dekan müa­vini, dekan, nəzəri mexanika kafedrasının müdiri (1947-1968) olmuş, Azərbaycan Politexnik İnstitutunun rektoru və kafedra müdiri (1968-1976), ASİ Neftmədən mexanikası, maşın və mexanizmlər kafed­rasının müdiri vəzifələrində çalışmışdır.                                                                     

R.Bədəlovun elmi fəaliyyəti mədən maşın və mexanizmlərinin nəzə­riyyə və praktikasının tədqiqi, süxurdağıdıcı alətlərin formasının optimal parametr­lə­rinin təyini və işçi elementlərinin yerləşdirilməsinə həsr olunmuş­dur. Dağ süxurlarının dağılma mexanikası, neft və qaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi sahəsində apardığı nəzəri və təcrübi tədqi­qatlar mədən şəraitində meydana çıxan bir çox problemlərin həllinə imkan yaratmış, istehsalatda müvəffəqiyyətlə tətbiq olunmuşdur.

R.Bədəlov 100-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir.

R.Bədəlov “Qırmızı Əmək Bayrağı” ordeni, “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat etmişdir.

(1915-1987)