Əfəndiyev Heydər Xəlil oğlu

Əfəndiyev Heydər Xəlil oğlu 1907-ci il iyulun 1-də Şəki şəhərində anadan olmuşdur. Azərbay­can Dövlət Universitetinin Təbiət-riya­ziy­yat fa­kül­­təsini bitir­­­­mişdir (1931).

1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1958-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını almışdır, 1962-ci ildə Azərbay­can SSR EA-nın müxbir üzvü seçilmişdir.

1941-1949-cu illərdə Azərbaycan SSR EA-nın Kimya İnstitutunda laborato­ri­ya mü­diri, 1949-cu ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA-nın Kimya İnstitutunun direktoru olmuşdur.

H.Əfəndiyevin əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edil­mişdir. O, respublikanın mineral və neft-lay sularında müxtəlif tip sü­xur­larda nadir və radioaktiv elementlərin yayılma qanuna­uyğunluqlarını öy­rənmişdir. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz komplek­sinin mine­ralogiyasının və geokimyasının yeni sxemini işləyib hazırlamış və eyni za­man­da,  Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kol­çedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geo­kimyasının öyrə­nilməsinə rəh­bərlik etmişdir.

H.Əfəndiyev respublikada geo­kimya elminin yaradıcılarından biri olmuş­dur. O, gözəl pedaqoq, ictimai xadim və elm təşkilatçısı idi. Onun yarat­dığı geo­kimya məktəbi indi də öz fəaliyyətini davam etdirir.

H.Əfəndiyevin əldə etdiyi elmi nəticələr onun «Azərbaycan mineral sularının və süxurlarının radio­aktivliyi», «Kiçik Qafqazın şimal-şərq hissə­sinin hidrotermal filiz kompleksi», «Nadir elementlər kimya­sına giriş», «Neft yataq­ları radioaktiv elementlərinin geo­kimyası» və bir çox başqa əsərlərində öz əksini tapmışdır. H.Əfən­diyev 216 elmi əsərin və 8 monoqrafiyanın müəllifi olmuşdur.

Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru hazır­lan­mışdır.

H.Əfəndiyevin dilimizdə kimya və geologiya terminlərinin yaradıl­ma­sında və təkmilləşməsində əvəzsiz xidmətləri olmuşdur.

O, 2 dəfə «Şərəf nişanı» ordeni və başqa medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Heydər Əfəndiyev 1967-ci ildə Bakıda vəfat etmişdir.

(1907-1967)