Əhmədov Qara Məmməd oğlu

Azərbaycan Milli Elmlər Aka­de­miya­sı­nın müxbir üzvü Qara Məmməd oğlu Əh­mə­dov 1928-ci ildə Qəbələ rayonunun Çar­xana kəndində anadan olmuşdur. 1949-cu il­də Bakı Dövlət Universitetinin Tarix fakültə­sini bi­tir­miş­dir.

1958-ci ildə SSRİ Elmlər Akademi­ya­sı Arxeologiya İns­ti­tutunun Leninqrad bölmə­sində “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə doktoru adını almışdır. Onun elmi fəaliy­yəti Azərbaycanın orta əsrlər dövrü abidələrinin tədqiqatlarından iba­rət ol­muş­dur. 1972-ci ildə “Beyləqan orta əsr şəhəri” möv­zu­sunda doktorluq disser­tasiyası müdafiə etmişdir. Bununla o, Azər­baycanda arxeolo­gi­ya ixti­sası üzrə elmlər doktoru elmi dərəcəsini almış ilk alim olmuşdur.

Q.Əhmədov 2001-ci ildə Azərbaycan Milli Elmlər Aka­­de­miyası­nın müxbir üzvü seçilmişdir.

Q.Əhmədov 1953-cü ildən 1968-ci ilədək 15 il müddətində Azər­baycanın möhtə­şəm orta əsr şəhərlərindən olan Beyləqanda (Örən­qala) ar­xeo­loji qazın­tılar aparmışdır.

Q.Əhmədov 30 ildən artıq bir müddətdə qədim Qəbələ şəhərinin erkən or­ta əsr və orta əsr dövrlərini əhatə edən sa­hə­lə­rində arxeo­loji qazıntı işləri apar­mışdır. Bu təd­qiqatların yekunu olaraq “Qəbələ orta əsr­lər­də” adlanan kitab nəşr etdirmişdir.

Q.Əhmədov Azərbaycan arxeologiya el­mini beynəlxalq miqyasda layi­qincə təmsil et­miş, bütün ömrünü Azərbaycanın döv­lət­çi­lik tarixində böyük əhəmiy­yətə malik olan orta əsr şə­hərlərinin tədqiqatlarına sərf etmişdir.

Q.Əhmədov 20 il Tarix İnstitutunun nəz­dindəki Arxeologiya və Etnoqrafiya Sek­to­ru­nun Elmi Şurasına rəhbərlik etmişdir. Onun 100-dən artıq elmi məqa­ləsi və 6 mo­no­qra­fi­ya­sı nəşr olunmuşdur.

Q.Əhmədovun rəhbərliyi ilə 7 elmlər na­mizədi, 3 elmlər doktoru hazır­lan­mışdır.

Azərbaycan Milli Elmlər Aka­de­miyası­nın müxbir üzvü Qara Əhmə­dov 2003-cü il may ayının 4-də Bakıda vəfat etmişdir.

(1928-2003)