Əliyev Aqil Əlirza oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Aqil Əlirza oğlu Əli­yev 1926-cı il dekabrın 10-da Nax­çı­van şəhə­rində anadan olmuşdur. 1951-ci ildə Bakı Dövlət Uni­ver­si­te­ti­ni bitir­miş­dir. 1953-cü ilə qədər Azərbaycan SSR Elmlər Akade­mi­yasının Ta­rix İnstitutunda elmi işçi vəzi­fə­sin­də çalış­mış­dır.

A.Əliyevin iqtisad elminə böyük mara­ğı ol­du­ğun­dan, 1953-cu ilin may ayın­dan öm­­rü­nün so­nu­na­dək Azərbaycan Tibb İns­ti­tu­tu­nun Siya­si iq­tisad kafed­ra­sın­da ça­lış­mışdır.

A.Əliyev, 1970-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru, 1973-cü ildə do­sent, 1979-cu ildə pro­fessor elmi adlarına layiq görulmuş, 1983-cü ildə iq­tisad üzrə elmlər doktoru el­mi adını almışdır.

A.Əliyev 2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademi­yasının müx­bir üzvü seçilmişdir.

1982-ci ildə Əməkdar elm xadimi fəx­ri adına layiq görulmuş, bir neçə or­den və me­dal­lar­la, “Səhiyyə əlaçısı” döş ni­şanı ilə təltif olunmuşdur.

A.Əliyev həyat sə­viy­­yəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı prob­­lem­­ləri ilə məşğul olmuşdur. Alim 130-dan artıq elmi əsə­rin, o cüm­lədən 19 mo­no­qrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Mos­kvada, Sankt-Peter­burq­da və başqa xarici ölkələrdə çap olun­muşdur.

A.Əliyev Azərbaycanda ilk dəfə tədqiq olunan “Şəxsi istehlakın iqtisa­diy­yatı”, “Tib­bin iqtisadiyyatı”, “Xalq is­tehlakı”, “Aq­rar iqtisadiyyatın aktual prob­lemləri” və s. san­­ballı monoqra­fi­ya­la­­rın muəllifidir. Alim so­­sial sahələrin, o cüm­lədən səhiyyənin qalıq prin­sipi əsa­sın­da maliyyələşdirilmə­sindən im­ti­na edil­məsini konkret faktlarla əsas­lan­dır­mış­­dır. Onun tədqiqat­la­rında keyfiyyətli in­san inki­şafı üçün zəruri olan səhiy­yə­nin inkişafı ilə iqtisadi inkişaf arasında qar­şılıqlı əlaqə mə­sələləri xüsusi yer tutur. O, səhiyyə xid­mə­ti­nin plan­laş­dı­rıl­ma­sı, ona ay­rılan xərclərin di­namik ar­tı­mı­nın təmin edilməsi, demoqrafik in­­ki­şaf göstəricilə­rinin yaxşılaşdırılması is­ti­qa­­mətləri barədə araşdırmalar apar­mış­dır.

A.Əliyev beynəlxalq və respublika kon­frans­larında, simpozium­larda, semi­nar­lar­da məruzələrlə çıxış etmişdir.

O, 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks pro­qramının işlənməsində yaxından iştirak etmiş, "Əhali­nin sağlamlığının qorun­ması" problem komissiyasının sədri olmuşdur.

AMEA-nın müxbir üzvü Aqil Əliyev 2006-cı il martın 7-də Bakı şəhərində vəfat etmişdir.

(1926-2006)