Əzimov Böyükağa Əliqulu oğlu

Əzimov Böyükağa Əliqulu oğlu 1924-cü il yan­va­rın 16-da Bakı şəhərində ana­dan olmuş­dur. 1944-cü ildə Azərbaycan Sənaye İns­titutunu (indiki Azərbaycan Dövlən Neft və Sənaye Universiteti) və 1947-ci ildə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirmiş­dir.

1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1963-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1964-cü ildə professor el­mi adını almış, 1967-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

B.Əzimov Azərbaycan Elmi Tədqi­qat Neft-Layihə İnstitutunda mü­hən­dis, aspirant, baş mühəndis, sektor mü­diri, laboratoriya müdiri, direktor müavini (1944-1957), hesablama texnikası və AİS söbəsinin müdiri (1957-1986) olmuş, Azərbaycan SSR Nazirlər So­vetində Komitə Sədrinin müavini, Komitə Sədri, Elm, texnika və təhsil mü­əs­sisələri şöbəsinin müdiri (1957-1972), FRTEB aka­demik-katibinin müavi­ni (1976-1986) vəzifələrində çalış­mışdır.

B.Əzimovun tədqiqatları əsasən idarəetmənin avtomatlaşdırılmasına həsr olunmuşdur. O, respublikada neft kibernetikası sahəsində elmi istiqa­mətin əsa­sını qoymuşdur. İlk dəfə olaraq ştanqlı nasosların işinin etibarlılı­ğının təd­qi­qi­nin avtomatlaşdırılması ilə əlaqədar kompleks məsələləri həll etmiş, ştanqlı nasosların idarəedilməsinin optimallaşdırılması sistemini yaratmış və AİS-neft­­çıxarma sisteminə daxil etmişdir. Rəhbərliyi altında və iştirakı ilə istismar quyularının işinin müxtəlif rejimləində neft-su təmasının hərəkətinin idarəedil­məsinin optimallaşdırılması məsələlərinin həllinə xətti, qeyri-xətti, parametrik proqramlaşdırmanın tətbiqi, qeyri-müəyyənlik şə­ra­itində qazkon­densat yataq­la­rının işlənilməsi prosesinin optimallaşdırılmasına imkan verən variasiya məsələləri həll edilmişdir. Neftçıxarmanın intensiv­ləşdirilməsi üçün neft layına istilikdaşıyıcıların fasiləsiz vurulması, quyularıın laydibi zo­nalarının qızdırıl­ması və s. texnoloji üsulların tətbiqi zamanı əsas texnoloji göstəricilərin təyin edilməsinin riyazi modeli qurulmuş, həll alqoritmi və proqram təminatı tərtib edilmişdir. AİS-də coxsahəli tədqiqatları, о cümlədən avtomatlaşdırılmış infor­masiya sistemlərində riyazi və infor­masiya təminatı, optimallaşdırma, sistemli proqramlaşdırma və s. nəticəsində, neft sənayesin­də idarəetmənin avtomatlaş­dırılmasının nəzəriyyə və praktikası üçün mühüm əhəmiyyətli məsələləri həll etmişdir.

B.Əzimov 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir.

“Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “SSRİ neftçıxarma sənayesi əlaçısı” adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 1986-cı ildə Bakı şəhə­rində vəfat etmişdir.

 (1924-1986)