Hüseynov Böyükağa Murtuza oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının müxbir üzvü Böyükağa Hüseynov          7 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. 

O, Azərbaycan Dövlət Universitetinin (in­diki Bakı Dövlət Universiteti) Şərqşünas­lıq fakül­təsində təhsil almışdır. 1974-cü ildə doktorluq dissertasi­yası mü­dafiə edərək, filologiya elmləri dok­toru alim­lik dərəcəsini almışdır. 1980-ci ildə ona pro­fessor elmi adı ve­ril­miş, həmin il Azər­bay­can Elmlər Akade­mi­yasının müxbir üzvü seçil­miş­dir.

B.Hüseynov 1962-1981 illərdə Azərbaycan Elmlər Akademi­yasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun (hazırda Şərqşünaslıq İnstitutu) direktor müa­vi­ni işləmiş­dir. O, eyni zamanda 1966-cı ildən öm­rünün sonuna kimi həmin institutun İran filologiyası şö­bə­si­nə rəhbərlik etmişdir.

Doktorluq dissertasiyalarının müdafiəsi üz­rə Asiya və Afrika xalqları ədə­biyyatı İx­ti­­sas­laşdırılmış Müdafiə Şurasının sədri ol­muş­dur. 

B. Hüseynov Moskvada, Pa­ris­də, Berlində, Praqada keçirilmiş Bey­nəl­xalq konq­res və simpoziumlarda maraqlı məru­zə­lər etmişdir.

Alim XIX əsrin sonu – XX əsrin əvvəli İran ədəbiyyatının aktual-nəzəri prob­lemlərinə dair tədqiqatların müəllifidir.

Onun elmi əsərləri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda - İran, Türkiyə, Çe­xoslovakiya, Rusiya və başqa ölkələrdə çap olun­muşdur.

AMEA-nın müxbir üzvü Bö­yük­ağa Hü­sey­nov 31 may 1983-cü ildə Bakıda vəfat et­mişdir.

(1926-1983)