Hüseynov Firudin Həmzə oğlu

Hüseynov Firudin Həmzə oğlu 1918-ci il iyulun 17-də Gəncə şəhərində ana­dan ol­muşdur. 1936-cı ildə Bakı Energetika Texni­kumunu və 1942-ci ildə Azərbaycan Sənaye İnsti­tu­tunu (ADNA) bitirmişdir.

1950-ci ildə texnika üzrə fəlsəfə dok­toru, 1965-ci ildə texnika üzrə elmlər dok­toru elmi dərəcələrini, 1966-cı ildə porofes­sor elmi adı­nı almış, 1980-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

1947-ci ildən ASİ-də assistent, do­sent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitu­tunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

F.Hüseynovun elmi fəaliyyəti elektrik sistemlərinin ekvivalentləş­diril­məsi, elektroenergetikada idarəetmənin avtomatlaşdırılmasının nəzəri, meto­diki və praktiki məsələləri, hesablama texnikasının tətbiqi ilə bağlıdır. Enerji sistem­ləri rejiminin idarə edilməsinin avtomatlaşdırılması, optimallaşdırıl­ma­sı, statik və dinamik dayanıqlığı, rejim etibarlılığı sahəsində nəzəri tədqi­qatları ölkənin energetikasının inkişafı üçün zəruri olan praktiki məsələlərin həllinə imkan yaratmışdır. İdarəetmə nəzəriyyəsinin prinsipləri, əsasları, enerji sis­tem­lərinin modelləsdirilməsi, sistemin gərginlik və tezlik üzrə yük xarak­te­ristikalarının təyini üsullarını təkmilləşdirmişdir.

Sinxron maşınların parametrləri və xarakteristikaları, asinxron maşın­larda və hidrogeneratorlarda keçid prosesləri, massiv maqnitkeçiricili maşın­larda gedən proseslər və s. istiqamətlər üzrə yeni tədqiqatların təşkilinə rəh­bərlik etmişdir. Avtomatik tənzimlənən mürəkkəb enerji sistemlərinin mo­delləş­di­rilməsi və keçid proseslərinin idarəolunması məsələlərinin həlli üçün enerji sistemlərinin ekvivalentləşdirilməsi sahəsində əldə etdiyi nəticələrdə elektro­me­xaniki keçid proseslərinin idarəolunması məsələlərinin həlli zama­nı mürək­kəb elektrik sistemlərinin ekvivalentləşdirilməsinin meyarları və üsul­ları, bö­yük və kiçik həyəcanlanmalar rejimində məsələlərin həlli zamanı sin­xron gene­ratorların, həmçinin kompleks düyün nöqtələrinin riyazi model­lərinin sadələş­dirilməsi verilmişdir.

F.Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.

“Qafqazın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə”, “Əməkdə fərq­lən­mə­yə görə” medalları ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. 

 (1918-1984)