Hüseynov Rəhim Əyyub oğlu

Hüseynov Rəhim Əyyub oğlu 1924-cü il sentyabrın 9-da Şuşa səhərin­də anadan olmuş­dur. 1946-cı ildə Azərbaycan Dövlət Univer­si­tetini (indiki BDU) geofizika (atmosfer fizikasi) ixtisasi üzrə bitirmişdir.

1973-cü ildə fizika-riyaziyyat üzrə elmlər dok­toru elmi dərəcəsini, 1977-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müx­bir üzvü seçilmişdir.

AMEA Astrofizika Bölməsində şöbə mü­diri (1957-1960), ŞAR-da elmi işlər üzrə direk­tor müavini (1960-1964), laboratoriya müdiri (1964-1975), BDU-da Astro­fizika kafedrasının müdi­ri (1975-1992) vəzifələrində calısmışdır.

R.Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyət­ləri, Günəş alışmalarınin ilk fazası və onlarda gedən dinamik proseslər, pla­netar du­man­lıqlar və onların əsas parametrlərinin təyini və s. həsr olunmuş­dur. İlk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalan­masında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rol oynadığına aid hipotez irəli sürmüşdür. Eruptiv ulduzlarda da relyativist elek­tronların analoji rol oynadığı nəzərə alındıqda, bu hipotezin geniş im­kan­lara malik olduğu görünür. Qaz dinamikası çərçivəsində yüksək temperaturlu hid­rogen plazmasında güclü partlayış nəzəriyyəsinin günəş alışmalarının başlan­ğıc fazasına tətbiqini göstər­mişdir ki, bu ifrat qeyri-stasionar törəmələr incə quruluşlu olmalıdır. Bu nəzəriy­yənin tətbiq dairəsi çox genişdir. R.Hüseynov pla­netar dumanlıqlara qədər məsafənin və onla­rın nüvələrinin radiusunun yeni təyini üsullarını işləmişdir.

R.Hüseynov 80-dən artıq elmi əsərin müəllifidir. Beynəlxalq Astrono­mi­ya İttifaqının və Avropa Astronomiya Cəmiy­yətinin üzvü olmuşdur. Rəhbərliyi altında 3 fəlsəfə doktorluğu, 1 elmlər doktorluğu dissertasiyası müdafiə edil­mişdir.

"Şərəf nişanı" ordeni ilə təltif edilmiş, Əməkdar müəllim fəxri adı veril­mişdir.

AMEA-nın müxbir üzvü Rəhim Hüseynov 2012-ci ildə Bakıda vəfat etmişdir.

(1924-2012)