Karyagin İvan İvanoviç

İvan İvanoviç Karyagin 1894-cü il ap­re­lin 9-da Penza vilayətində anadan olmuş­dur. 1927-ci ildə Moskva Unveristetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət elmləri bölmə­sini bitirmiş, 1919-1923-cü illərdə Çem­bera məktəbində təbiətşünaslıq və riyaziy­yadan dərs demişdir.

1946-cı ildə biologiya üzrə fəlsəfə dok­toru adı almışdır. 1958-ci ildə elmi əsərlərin­dəki mühüm nəticələr əsasında Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

İvan İvanoviç Karyaginin həyat və yaradıcılığı 1923-cü ildən etibarən Azər­bay­can və onun florasının tədqiqi ilə bağlı olmuşdur. O, 1923-1932-ci illərdə Bakı və Gəncənin ali məktəblərində çalışmış və laborantlıqdan Bota­nika kafed­rasının dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1932-ci ildə profes­sor A.A.Qros­sheymin təşəbbüsü ilə SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Botanika bölməsinə işə dəvət olunmuşdur. 1946-cı ildə o, herbari laboratori­yasını yaratmış və həmin ildən ömrünün axırına kimi ona rəhbərlik etmişdir. O, 1950-1961-ci illərdə Botanika İnstitutunda 8 cildli “Флора Азербайджана” əsərinin hazırlanmasına başlamış, bütün cild­lərin redaktoru, bu fundamental əsərin ən qabaqcıl müəlliflərindən olmuşdur (akademik A.A.Qrossheymlə bir­likdə). Bu əsər 437 bitki növünün sistematik göstəricisini əhatə edir. O, həmçi­nin Quba-Qusar əra­zisinin bitki örtüyünu öyrənmiş, bir sıra yeni bitkilərin təsvirini vermişdir. İ.İ.Karyaginin ən böyük işi 200.000 vərəqdən ibarət olan və SSRİ-də Azərbaycan florasını təmsil edən Botanika İnstitutunun herbari kollek­siyaları olmuşdur. İ.İ.Karyaginin bitki sistematikası sahəsində apardığı tədqi­qat­ları yüksək qiy­mətləndirən görkəmli botanik-sistematiklər elm üçün yeni müəyyən edilmiş 10 növü onun adı ilə adlandırmişlar:

Astragaluskarjagini Boriss; Erysimumkar­ja­gini N.Busch; İsatis karjagini Schischk; Oxytropis karjagini Grossh; Rosa kar­jagini D.Sosn; Scutellariakarjagini Grossh; Thymuskarjagi­ni­Grossh və s. Bu növlər SSRİ florasında öz əksini tapmışdır.

İ.İ.Karyagin Azərbaycan florasının 2000 növ bitkidən ibarət olan mü­ba­dilə fondunu yaratmışdır.

İ.İ.Karyagin Azərbaycan bitki ehtiyatlarının öyrənilməsinə dair geniş tədqi­qatlar aparmış, kauçuklu, kitrəli, dərman və başqa faydalı bitkilər aşkar etmiş­dir. O, “Лекарственные растения Азербайджана” (həmmüəllif­lərlə) (1942), “Инструкции по сбору гербария лекарственных растений” (1943); “Лекар­ственные растения Абшерона” və s. monoqrafiyaların, “Флора Апшерона” (1952) kitabının müəllifidir.

AMEA-nın müxbir üzvü İvan Karyagin 23 aprel 1966-cı ildə vəfat etmişdir.

(1894-1966)