Kərimov İnqilab Saleh oğlu

İnqilab Saleh oğlu Kərimov 4 aprel 1931-ci ildə Göyçay şəhərində anadan olmuş­dur.

O, orta təhsilini Göyçay şə­hə­rində almış, 1953-cü ildə Azərbaycan Teatr İns­titutunun Teatrşünaslıq fakül­tə­si­ni bitir­miş və ölkəmizin ilk peşəkar teatrşü­nas­la­rından bi­ri olmuşdur. 1957-ci ildən Azər­bay­can Elmlər Aka­de­mi­ya­sı­nın Me­mar­lıq və İncə­sə­nət İnstitutunda çalışan İ.Kə­ri­mov as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sinə rəhbərlik etmişdir.

İ.Kərimov 1963-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasi­yası mü­­­dafiə etmiş, 1988-ci ildə professor elmi adı­na layiq görülmüş, 2001-ci ildə Azər­bay­can Milli Elmlər Aka­de­mi­ya­sı­nınnın müx­bir üzvü seçil­mişdir.

Milli teatrşünaslıq elminin yaradı­cı­la­rın­dan biri olan İ.Kərimov Azər­bay­can teatrı­nın ta­rixinə, tənqidinə və nə­zə­­ri məsələlərinə həsr olun­muş yüzlərlə mə­qalənin, 200-ə yaxın el­mi əsərin,  o cümlədən 25 monoqrafiya və ki­tabın müəl­lifidir. Onun «Azərbaycan pe­şə­kar teat­rı­nın tarixi və inkişaf mərhələləri», «Azər­baycan teatr tarixi» (I, II cild), «Heydər Əli­yev sənət, sə­nət­karlar və sə­nət­karlıq haq­qın­da», «Ə.Haq­ver­­di­yev və teatr», «Azər­bay­can - Türkiyə teatr əla­qələri», «Azərbaycan teat­rı - 125» və b. fun­da­mental əsərləri Azər­bay­can sə­nət­­şü­nas­lı­ğı­nın inkişafında müs­təs­na rol oynamışdır. Gör­kəm­li alim elmi kadr­la­rın hazırlanmasında da bö­yük əmək sərf et­miş, onun rəhbərliyi altında 15 nəfər fəlsəfə dok­toru elmi dərəcəsi almış­dır.

İ. Kərimov eyni zamanda uzun il­lər pe­da­qo­ji fəaliyyətlə məşğul olmuş, Azər­bay­can Döv­lət Mədəniyyət və İn­cə­­sənət Uni­ver­­si­te­ti­nin profes­soru kimi 40 il­dən artıq bu təhsil müəs­sisəsində yük­sək ixtisaslı mədə­niy­yət kadr­larının hazırlanmasında böyük xidmətlər gös­tərmişdir.

Görkəmli alim eyni zamanda bədii ya­ra­dı­cılıqla da məşğul olmuşdur. O, mü­əllifi ol­du­ğu “Necə qan ağlamasın” adlı hekayələr kitabı, Ba­kı Bələ­diyyə Teatrın­da tamaşaya qo­yulmuş «Xə­­ya­nə­­tin müsibəti» faciəsi, tərcü­mə etdiyi və müxtəlif teatrlarda tamaşaya qo­yul­­muş 18 pyes­lə Azərbaycan ədə­biy­ya­tı­nı, mil­li teatr və dra­maturgiyamızı zən­gin­ləş­dir­miş­dir.

AMEA-nın müxbir üzvü İnqilab Kərimov 22 iyul 2011-ci ildə Bakıda vəfat etmişdir.

(1931-2011)