Kərimov İsa Gülməmməd oğlu

Kərimov İsa Gülməmməd oğlu 1919-cü il sentyabrın 25-də Gürcüstan Res­pub­likasının Soğanlıq kəndində anadan ol­muş­dur. Azərbaycan Dövlət Universite­ti­nin Kimya fakültəsinə daxil olmuş, 1941-1945-ci illərdə müharibədə iştirak etmiş, mü­ha­ri­bə­dən sonra təhsilini davam etdirə­rək ADU-nun Kimya fakültəsini bitir­mişdir (1946).

İ.Kərimov 1946-ci ildə Lomonosov adı­na Moskva Dövlət Universitetinin Kimya fa­kül­təsinin aspiranturasına daxil olmuş, 1951-ci il­də kimya üzrə fəlsəfə doktoru, 1971-cı ildə kimya üzrə elmlər doktoru, 1974-ci ildə isə professor elmi adını almış, 1980-ci ildə AEA-nın müxbir üzvü seçil­mişdir.

İ.Kərimov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademi­yası Fizika İnsti­tutunda başlayaraq kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.

İ.Kərimov Azərbaycanda kimyəvi fizikanın mühüm istiqaməti olan aşağı tempe­raturlar kimyasının (kriokimya) banisidir, kriogen mərkəzinin yaradılma­sında bö­yük əməyi olmuşdur. Alimin rəhbərliyi altında 1966-cı ildə respublikada ilk dəfə ola­raq Fizika İnstitutunun Kriogen korpusunda maye azot və helium alınmışdır, aşağı temperaturda bir sıra yarımkeçirici materialların kim­yəvi, maqnitoelektrik xassələri­nin diamaqnit nüfuzluğu hissəsinin və kvant-mexaniki hesablanmaları əsasında maq­nit yarımkeçiricilərdə kimyəvi əlaqənin təbiətinin hərtərəfli tədqiqi aparılmışdır. Materialların (CuS 1 CuFCS 2 ) xassələ­rinin tədqiqi nəticəsində ilk dəfə olaraq təbəqə nümunələrinin ifrat keçiricilik halına keçmə­sinin, temperatur artmasının qanunauy­ğunları müəyyənləş­diril­mişdir.

Bakı neft-maşınqayırma zavodlarından birində 50 000 ersted sahə yara­da bilən nəhəng maqnit yığdırıldı. Bu böyük elmi təşkilatçılıq işlərinin nəti­cəsində çox keçmədi ki, maye helium və hidrogen alınaraq aşağı tempe­ratur­larda nadir, incə fizika təcrübələri aparılmağa başlandı.

İ.Kərimov 142 əsərin müəllifidir. Əsərlərinin əksəriyyəti indeksli xa­rici jur­nallarda çap olunmuşdur. O, Beynəlxalq konfranslarda və simpo­zium­­larda də­fələrlə məruzə ilə çıxış etmişdir.

İ.Kərimov SSRİ Elmlər Akademiyasının “Aşağı temperaturlar fizika­sı” prob­lem şurasının və İnstitutun ixtisaslaşdırılmış Müdafiə şurasının üzvü olmuşdur.

 1941-1945-ci illərdə müharibədə iştirak etdiyinə, elm və texnikanın inkişa­fındakı nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı,  Qırmızı  Ulduz  ordeni, Oktyabr İnqilabı  ordeni ilə təltif olun­muşdur.

AMEA-nın müxbir üzvü İsa Kərimov 1983-cü ildə Bakıda vəfat etmişdir.

(1919-1983)