Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Kərimov Sabit Qəhrəman oğlu
Kərimov Sabit Qəhrəman oğlu 1940-cı il aprelin 10-da Naxcıvan MR Ordu­bad səhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) İstehsal pro­seslərinin avtomatlaşdırılması fakültəsini elektrik-ölçü texnikası ixtisası üzrə bitirmişdir.

1968-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1987-ci ildə texnika üzrə elmlər dok­­toru elmi dərə­cələrini, 1989-cu ildə professor elmi adını almıs, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademi­yasında Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzi­fəsində ça­lışmışdır.

Sabit Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və eks­pert sistemlərinin yaradılması və tətbiqi ilə əlaqəli olmuş və avtomat­laşdırılmış informasiya və idarəetmə sistemlərinin, diaqnostik ekspert sis­tem­lərinin, ve­ri­lənlər bazalarının yaradılması və tədqiqinə, informatika üzrə çox­dilli termino­loji lüğətlərin tərtibinə həsr olunmuşdur. Kimya, neft kimyası və neftemalı sa­hələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sis­temlərinin, infor­masiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi tədqiqat işləri aparmışdır. Rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri, neft emalı və neft kimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi, is­tehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sis­temləri, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqa­yır­ma sahələri üzrə informasiya sis­temləri, tibbi diaqnostika üzrə ekspert sis­temləri yaradıl­mış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı ter­minoloji lüğət hazır­lanmışdır.

S.Kərimov 200-dən artıq elmi əsər, 5 dərslik, 25 dərs və metodik vəsa­itin, 5 mo­noqrafiyanın müəllifidir.

Əməkdar müəllim (2009) fəxri adı, “Tərəqqi” medalı (2010) ilə təltif edil­mişdir.

AMEA-nın müxbir üzvü Sabit Kərimov 2013-cü ildə Bakıda vəfat etmişdir. 

(1940-2013)