Qəhrəmanov Vahid Pənah oğlu

Azərbaycan Milli Elmlər Akademi­ya­sı­nın müxbir üzvü Vahid Pənah oğlu Qəhrə­ma­nov 1900-cü ildə Qəbələ şəhərində anadan ol­muş­dur. 1919-cu ildə Nuxa (indiki Şəki) Gim­na­zi­ya­sı­nı bitirmiş, 1935-1937-ci illərdə Ümum­­it­tifaq Hü­quq Akademiyasında təhsil almışdır.

V.Qəhrəmanov 1943-cü ildə Tbilisi şə­hərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər dok­toru elmi adlarını almışdır. 1951-ci il­də professor elmi adı verilmişdir.

V.Qəhrəmanov 1926-1928-ci il­lər­də əvvəlcə Ağdamda müstəntiq, daha son­ra Kür­dəmir qəzasında prokuror işləmişdir.

V.Qəhrəmanov 1929-1934-cü il­lər­də Naxçıvan Muxtar Respublika­sının pro­ku­ro­ru və xalq ədliyyə ko­missarı, 1934-1935-ci illərdə Ordubad ra­yon İcraiyyə Ko­mi­təsinin səd­ri, Azər­bay­can Res­publikası prokurorunun baş köməkçisi və­zi­fələrində çalışmışdır.

1939-1941-ci illərdə Bakı Hüquq Mək­tə­binin direktoru, 1943-1978-ci illər­də (fa­si­lə­lər­lə) Azər­baycan Dövlət Universitetinin (in­di­ki BDU) Cinayət hüququ ka­fedrasının müdiri olmuşdur.

V.Qəhrəmanov 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­yasının müx­bir üzvü seçil­mişdir.

V.Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq el­minin ilk ya­radıcı­larından biri, cinayət hü­qu­qu sa­hə­sin­də tanınmış mütəxəssislərdəndir. O, 5 mo­noqrafiya, dərslik və dərs vəsaiti, 60-dan ar­tıq elmi məqalənin müəl­lifi olmuş­dur. XX əsrin 70-ci illərində Respublikanın cinayət hüququ siya­səti­nin və cina­yət məcəllələrinin işlənib hazırlanmasında böyük xidmətləri olmuşdur.

V.Qəhrəmanov Azərbaycan Respublikası Ali Məh­kə­məsi və Respub­lika Pro­ku­rorluğunda Elmi Məs­ləhət Şuralarının üzvü, habelə Ali və Or­ta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üz­rə Elmi Şurasının sədri olmuşdur.

V.Qəhrəmanov Respublikanın Əmək­­­dar hüquqşünası adına layiq gö­rülmüş, “Qır­mızı Əmək Bayrağı” ordeni və Azərbaycan Ali Sovetinin Fəxri fərmanları ilə təltif edil­miş­dir.

Azərbaycan Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Vahid Qəh­rəmanov 1978-ci il mart ayının 29-da Bakı şəhərində vəfat et­miş­dir. 

(1900-1978)