Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Mədətov Qaraş Əli oğlu
Azərbaycan Milli Elmlər Akademiyası­nın müx­­bir üzvü Qaraş Əli oğlu Mədətov 1928-ci il fevralın 10-da Naxçıvan MR Kəngərli (Şərur) rayonunun Qara­bağlar kəndində anadan olmuş­dur. 1950-ci ildə Azərbaycan Dövlət Uni­versitetinin (in­di­ki BDU) Tarix fakül­tə­sini bitirmişdir. 1953-1956-cı illərdə Mos­kva Dövlət Univer­sitetinin as­pirantu­rasında təhsil almışdır. 1956-cı ildə fəlsəfə doktoru, 1966-cı ildə isə elmlər doktoru adını almaq üçün dissertasia müdafiə etmiş, 1969-cu ildə pro­fes­sor elmi adını almış, 1983-cü ildə Azər­bay­can Elmlər Akade­miyası­nın müxbir üzvü se­çilmişdir.

Q.Mədətov 1956-cı ildən Azər­bay­can Elm­lər Akademiyasının Tarix İnstitu­tuna işə qə­bul edilmiş, 1968-ci ildən ömrünün so­nu­na­dək Azər­bay­canın müasir dövr tarixi şö­bə­sinə rəhbərlik etmişdir.

Q.Mədətov bütün elmi fəaliyyətini Azər­baycanın 1941-1945-ci illər mühari­bəsi döv­rü tarixinin tədqiqinə həsr etmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən «Nax­çı­vanda sovet hakimiyyətinin qələbəsi və Nax­çıvan MSSR-in yaradılması», «Azər­bay­can Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)» və b. monoqrafiyaların müəllifidir.

Q.Mədətov eyni zamanda, 3 cildlik «Azərbaycan ta­rixi» və «Azərbay­can Kommunist Partiyası ta­rixinin oçerkləri» kitablarında «Azərbaycan Bö­yük Vətən müharibəsində» bölmələrinin də müəl­lifidir. Onun rəhbərliyi və iştirakı ilə «Azər­baycan Böyük Vətən müharibəsi döv­rün­də» (2 cildlik), «Azərbaycanın Qırmızı Ul­duz­ları», «Azərbaycan oğulları Sovet İttifaqı Qəh­rəmanlarıdır», «Azərbaycan SSR fəhlə sin­fi tarixinin oçerkləri» (3 cild­lik) və başqa əsər­lər nəşr olunmuşdur.

Q.Mədətovun rəhbərliyi ilə 11 dok­tor­luq və 30 namizədlik dis­ser­ta­siyası mü­da­fiə edilmişdir.

Q.Mədətov Azər­baycan SSR Əmək­dar elm xadimi fəxri adına layiq görül­müş­, «Şərəf Nişanı» or­de­ni, müxtəlif medal və fəxri fərmanlarla təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1993-cü il iyulun 1-də Bakıda vəfat etmişdir. 

(1928-1993)