Məmmədov Aydın İsrafil oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­­­nın müxbür üzvü Aydın İsrafil oğlu Məm­mə­dov 1941-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində ana­dan olmuşdur.

A.Məm­mədov 1960-cı ildə Azər­bay­can Kənd Təsərrüfatı İnsti­tu­tunun Kənd tə­sə­r­­rü­fatının iqtisa­diy­yatı fakültəsinə daxil olmuşdur.

A.Məmmədov 1967-ci ildə K.A.­Timir­yazev adına Moskva Kənd Təsərrüfatı Aka­de­mi­yasının aspiran­turasına qəbul olun­muş­dur.

A.Məmmədov 1970-ci ildə “Azər­bay­can SSR-də pambığın məhsul­darlığının iqtisadi-statistik təhlili və uzun­müd­dətli proq­nozlaş­dırıl­ması” möv­zusunda dis­ser­tasiya müdafiə edərək fəlsəfə doktoru, 1985-ci ildə “Regio­nal aqrar-sənaye komp­­leks­lərində qarşılıqlı iqtisadi əlaqələrin təkmilləş­dirilməsi (Azərbaycan SSR-nin ma­terial­ları əsasında)” mövzu­sunda dissertasiya mü­da­fiə edərək elmər doktoru adını almışdır. 1986-cı ildə professor elmi adına layiq görülmüşdür.

A.Məmmədov 1991-ci ildə Rusiya Kənd Tə­sər­rü­fa­tı Elmləri Akade­miyasının müxbir üzvü seçilmişdir. Həmçinin, Azərbay­can Respubli­ka­sının Milli Məc­li­sinin eksperti vəzifəsində çalışmış, Milli Məclisin Aqrar məsələ­lər üzrə Daimi Komissiyasının Ekspert qrupunun rəhbəri olmuşdur.

A.Məmmədov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademi­yasının müxbir üzvü seçilmişdir. Onun rəhbərliyi altında onlarla namizədlik dissertasiyası müdafiə edil­mişdir.

A.Məmmədov bir çox xarici ölkələrdə (AFR, Böyük Britaniya, İran, Rumıniya və s.) aqrar iqtisadiyyatın problemlərinə həsr edilmiş müxtəlif müşavirə, simpo­zium və konfransların iştirakçısı olmuşdur.

AMEA-nın müxbir üzvü Aydın Məmmədov 2003-cü ildə Bakı şəhə­rində vəfat etmişdir. 

(1941-2003)