Məmmədov Zakir Cabbar oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Zakir Cabbar oğlu Məm­mə­dov 16 avqust 1936-cı ildə­ Ağ­dam­ şəhə­rin­də ana­dan olmuşdur.

Z.Məmməda 1957-ci ildə Azərbaycan Dövlət Uni­ver­­sitetin­in Şərqşünaslıq fakül­tə­sini bitirmiş­dir. 1969-cu ildə fəlsəfə doktoru, 1990-cı ildə elmlər dok­toru adını almaq üçün dissertasiya müdafiə etmiş­dir. 2001-ci ildə Azər­bay­­can Milli Elmlər Akademi­yasının müxbir üz­vü seçilmişdir.

Əmək fəaliyyətinə 1962-ci ildə Azər­bay­can Elmlər Akademiyasının Şərq­şü­nas­lıq İnstitu­tunda kiçik elmi işçi və­zi­fə­sin­dən başlayan Z.Məmmədov 1962-1963-cü il­lərdə Misirdə Asuan Su Elektrik Stan­si­ya­sı­nın inşasında tərcüməçi kimi çalış­mışdır.

Z.Məmmədov 1964-cü ildən Azərbaycan Elm­­lər Aka­demiyası Fəlsəfə və Hü­quq İnsti­tu­tunda elmi işçi kimi çalışmış, 1969-cu ildən 1970-ci ilə qədər Azər­baycan Sovet En­sik­lo­pe­di­ya­sında elmi redaktor vəzifəsində işlə­miş­dir.

Z.Məmmədov 1970-ci ildən həyatının sonuna qədər Fəl­­səfə və Hüquq İns­titutunda böyük elmi iş­çi, şöbə müdiri vəzifələrində çalışmışdır.

Z.Məmmədovun elmi yara­dı­cı­lı­ğı­ əsas etibarilə Şərq fəlsə­fə­si­ tarixi və din­şü­nas­lıq məsələlərinə həsr edilmişdir.

Z.Məmmədov 40 ilə yaxın müd­dət­də elmi axtarışlar apara­raq,  Azər­baycan fi­lo­sof­larının və mütəfək­kir­lərin­in­ ərəb və fars dil­­­lərin­də­ dün­yanın müxtəlif ölkə­lər­ində çap olun­­muş, habelə əlyazması şəklində sax­la­nı­lan zəngin irsini üzə çıxarmış­dır. Alim onların fəl­səfəsini (varlıq təlimi və idrak nə­zə­riy­yə­si­ni), məntiqini, ictimai-siyasi və etik görüş­lə­ri­ni araşdırmışdır.

Z.Məmmədov sübuta yetir­mişdir ki, orta əsrlərdə mü­səlman Şərqində, o cümlədən Azərbay­can­da dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəl­sə­fi təlimlər də olmuş­dur. Bununla yanaşı, müəy­yənləşdirmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq pe­ripate­tiz­min­dən, sufizmin pan­teist isti­qa­mə­t­indən və işraqilikdən ibarət­dir.

Z.Məm­mədovun tədqiqatları gös­tə­rir ki, Şərq peripatetizmini türk filo­so­fu Əbunəsr Fa­ra­bi, sufizmin panteist sistemini Azər­­baycan filosofla­rından Eynəl­qü­zat Miya­nəci, işıq və qaranlıq prinsipinə əsaslanan iş­ra­qilik təlimi­ni Şiha­bəd­­din Yəhya Sührə­vər­di­ yaratmışdır.

Z.Məmmədov 20-yə yaxın kitabın, 250 el­mi məqa­lənin müəllifidir.

Azərbaycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü Zakir Məm­­mə­dov 2003-cü il martın 2-də Bakı şəhərində və­fat etmişdir.

 (1936-2003)