Neqreyev Vsevolod Fyodoroviç

Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhə­rin­də anadan olmuşdur. 1930-cu ildə Azərbay­can Sənaye İnsti­tutunun Kimya-texnologiya fa­kül­təsini bitirmişdir.
 
1938-ci ildə dissertasiya müdafiə et­mə­­dən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərə­cə­sini, 1953-cü ildə isə pro­fessor elmi adını almış. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
 
1930-1959-cu illərdə Azərbay­can Elmi Tədqiqat Neft Emalı İnsti­tu­tunda laboratoriya müdiri, 1959-1960-cı illərdə “Dənizneft” Dövlət Layihə İnstitu­tunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləmişdir.
 
V.Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korro­ziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun səna­ye miqya­sında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. O, dəniz neft-mə­dən, kimya za­vodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kim­yəvi və elektro­kimyəvi korro­ziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. V.Neqreyevin təklifi ilə hazırda dəniz neft mədənlərindəki po­lad dirəklər sink örtüyü vasitəsilə müvəffə­qiy­yətlə müha­fizə olunur.
 
V.Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsi ilə mü­hafizə üsu­lu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədən­lərində geniş tət­biq edilmişdir. V.Neqreyevin əldə etdiyi elmi və praktik nəticələr onun «Кор­розия оборудования нефтяных промыслов», «Защита от коррозии мор­ских нефтепро­мысловых сооружений» və bir çox başqa əsərlərində öz əksini tapmışdır.
 
V.Neqreyev 250 elmi əsərin, 30 müəlliflik şəhadətnaməsi və 20-yə yaxın mono­qrafiyanın müəllifidir.
 
V.Neqreyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 50 fəlsəfə doktoru hazır­lanmışdır.
 
V.Neqreyev bir sıra müəlliflərlə birgə “Metal və neft-mədən avadan­lıqlarının korroziya­dan mühafizəsi” işinə görə Lenin mükafatına layiq görülmüş, Azərbay­can SSR-in Əməkdar elm və texnika xadimi adını almış, «Lenin», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri ilə təltif olunmuşdur.
 
AMEA-nın müxbir üzvü Vsevolod Neqreyev 1967-ci ildə vəfat etmişdir.

(1903-1967)