Paxomov Yevgeni Aleksandroviç

Azərbaycan Milli Elmlər Aka­de­mi­­yas­­ı­nın müxbir üzvü Yevgeni Aleksandro­viç Paxomov 1880-ci il fevralın 25-də Rusiyanın Stav­ro­pol şə­hə­ri­ndə doğul­muş­­dur. Gənc yaşlarında Tif­lisdə oxu­yar­kən o, ar­xeo­­logiya ilə maraq­lan­mağa baş­lamışdır. Zaqafqaziya Aksiz İda­rəsində iş­lə­yərkən Azərbaycanı, Gür­cüs­ta­nı gəzən gənc mü­təxəssis diyarın maddi mə­dəniyyət abi­də­lə­rinə maraq göstərib on­la­rı tədqiq etmişdir. 1919-cu ildə təsis edilmiş Azər­baycan Dövlət Uni­ver­si­tetinə dərs de­mə­yə dəvət olunan Y.Pa­xo­mov Bakıya kö­çüb bütün yaradıcı hə­ya­tını Azərbaycan tari­xi­nin öyrənil­məsinə həsr etmişdir. 1920-1965-ci il­lərdə universitetdə pe­daqoji fəaliyyət gös­tə­rən Y.Paxomov eyni za­manda Azərbaycan Ta­rixi Muzeyində şö­bə­yə başçılıq etmiş, 1933-65-ci illərdə isə EA-nın Ta­rix İns­ti­tu­tu­nun elmi işçisi kimi fəaliyyət gös­tərmişdir.

Y.Paxomovun Bakı Xalq Təhsili İns­ti­­tu­tunda oxuduğu mühazirələr 1923-cü ildə cəm­­ləşdirilib “Azərbaycan tarixinin qısa kur­su” kitabında nəşr edilmişdir. Bu, qədim di­ya­rı­mızın tarixinə dair ilk dərsliklərdən bi­ri idi.

Y.Pa­xo­mov Azərbaycan Tarixi Muzeyində zən­gin­li­yi­nə və dəyərinə görə keçmiş SSRİ-də şöhrət qa­­zan­mış Yaxın və Orta Şərq, Qədim Roma im­­periyası və Yunanıstan, habelə Rusiya sik­kə­lərindən ibarət olan nadir numizmatika kol­lek­siyasını yaratmışdır. İlk əvvəl 103 sik­kə­nin sax­landığı muzey kolleksiyasını o, 30000 nüsxəyə çatdırmışdır. Y.Paxomov Azər­bay­can­da və Qaf­qazda sikkə dəfinə­lərinə dair silsilə əsərlər ha­zırlayıb nəşr etdir­miş­dir. 1959-cu ildə onun “Azər­baycan sik­kə­lə­ri” monoqrafiyasının I bu­raxılışı dərc olun­muş­dur.               

Y.Paxomov 1946-cı ildə “Azər­bay­ca­nın və Qafqazın dəfinələrinə dair” möv­zu­sun­da dok­torluq dissertasiyası müdafiə et­miş­dir. 1947-ci ildə ona professor elmi adı ve­ril­miş, 1962-ci ildə isə alim Azərbaycan Elm­lər Aka­de­mi­ya­sının müxbir üzvü seçil­miş­dir. 1955-ci ildə Y.Paxomov Azər­bay­can SSR Əməkdar elm xadimi adına layiq gö­rül­müş­dür.

Elmin inkişafındakı xidmətlərinə və sə­­mərəli pedaqoji fəaliyyətinə görə Y.Pa­­xo­mov “Şərəf nişanı” ordeni və bir neçə me­­dal­la təltif olun­muş­dur.

Azərbaycan Milli Elmlər Aka­de­mi­­ya­sı­­nın müxbir üzvü Yevgeni Paxomov 1965-ci ildə vəfat etmişdir. 

 (1880-1965)