Ramazanzadə Malik Heydər oğlu

Ramazanzadə Malik Heydər oğlu 1912-ci il martın 21-də Bakı şəhərinin Əmircan kən­dində anadan olmuşdur.

1931-ci ildə Azərbaycan Dövlət Univer­sitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycan Neft ve Kimya İnstitutunda (indiki ADNSU) Fizika kafedra­sında əmək fəaliyyətinə başlamış, baş laborant, assistent, dosent, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalış­mışdır.

Texnika üzrə fəlsəfə doktoru (1941), texnika üzrə elmlər doktoru (1968) elmi dərəcəsini, professor (1969) elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü seçilmişdir.       

M.Ramazanzadənin əsas tədqiqatları selen və neft fizikasına aiddir. Selenin istilik keçirməsini, muxtəlif dalğa uzunluqlu şüaların onun elektrik keçirməsinə təsirini, Abşeron neftinin və neft məhsullarının istilikkeçirmə­sini, neftin istilik­öturmə qabiliyyətini tədqiq etmişdir.

Respublikada ilk dəfə olaraq texniki ali məktəblər üçün Azərbaycan dilində “Ümumi Fizika” adlı dərslik yazmışdır. M.Ramazanzadə tərəfin­dən xüsusi fizi­ki-texniki terminologiyanın yaradılması üzrə böyük işlər görülmüşdür. Onun işlədi­yi enerji üsulu ilə nef­tin mütləq yaşı haqqında anlayış elmə daxil olun­muşdur.

M.Ramazanzadənin məhsuldar elmi tədqiqat və elmi-pedaqoji fəaliy­yəti yük­sək dövlət mükafatlarına layiq görülmüşdür. O, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə”, 1941-1945-ci illərdə “Böyük Vətən müharibə­sində şərəfli əmə­yə görə” medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Malik Ramazanzadə 1987-ci ildə Bakıda vəfat etmişdir.

 (1912-1987)