Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Səttarov Məqsəd Məhəmmədəli oğlu
Azərbaycan Milli Elmlər Akademi­ya­sı­­nın müxbir üzvü Məqsəd Məhəm­məd­əli oğlu Səttarov 1924-cü il may ayının 13-də Qazax rayonunda ana­dan olmuşdur.

M.Səttarov 1950-ci ildə Azərbaycan Döv­lət Universitetinin Tarix fakültəsi­nin fəl­sə­fə şöbəsini fərqlənmə diplomu ilə bi­tir­miş­dir.

M.Səttarov 1954-cü ildə fəlsəfə dokto­ru, 1964-cü il­də elmlər doktoru disser­tasiyası müdafiə et­miş, 1968-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Elmlər Akade­mi­ya­sının müxbir üzvü seçilmişdir.

M.Səttarov Azərbaycan Elmlər Aka­de­­miyası Fəlsəfə və Hüquq İnsti­tutunun şö­bə müdiri və Azərbaycan EA Fəlsəfə ka­fed­ra­sının müdiri vəzi­fələrində çalış­mışdır.

M.Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm­çinin ictimai şüu­run inkişaf qanunauyğunluqları isti­qa­mət­lərini əhatə etmiş­dir. Azərbaycanın mə­nə­vi-mədəni həyatında islamın yeri və rolu, Azər­­baycanda ateist fikir kimi məsələləri, ic­timai şüurun strukturu və onun ün­sür­lə­ri­nin qarşı­lıq­lı təsiri, ictimai şüurun yeni­ləş­di­ril­məsi və sağlamlaş­dırıl­ması yollarını araş­dır­mışdır. Onun redaktorluğu ilə çap olunan on­larca məc­muə və kitab öz aktuallığına, el­mi-nəzəri sə­viyyəsinə görə fəlsəfə ic­ti­maiy­yətıi eləcə də geniş oxucu kütləsi tərəfindən yük­sək qiymətlən­diril­mişdir.

M.Səttarov 10 monoqrafiya, 4 ki­tab, 21 kitabça və 60-a yaxın məqa­lənin mü­əl­­lifidir. Həmçinin, bir sıra elmi nəşrlərin re­daksiya heyətinin üzvü olmuşdur.

M.Səttarovun fəlsəfə üzrə yüksək ixtisaslı kadr­­ların hazırlanmasında böyük xidmətləri ol­muşdur. 30-dan çox elmlər namizədi və elm­lər doktoru onun rəh­bərliyi altında dis­ser­tasiya müdafiə etmişdir.

M.Səttarov müharibə və əmək ve­te­ranı kimi müxtəlif medal və fəxri fər­man­larla təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın müxbir üzvü Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

(1925-2000)