Vəliyev Zöhrab Əhməd oğlu

Vəliyev Zöhrab Əhməd oğlu 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan ol­muşdur.

M.V.Lomonosov adına Moskva Döv­lət Uni­versitetini fizika ixtisası üzrə bitir­mişdir. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçil­mişdir.

Z.Vəliyev Naxcıvan Dövlət Universi­te­tin­də dekan, elmi işlər üzrə prorektor vəzifə­lərində calışmışdır.

Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maq­nit sahələ­rin­də qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelek­trik və optik xassələrinin ardıcıl nəzəriy­yəsinin qurulması; elektron və deşik ke­çiriciliyinə malik yarımkeçirici kris­tallarda hərəkət edən yüklü dislokasiya­ların mode­linin verilməsi və onun əsa­sında deformasiya lüminesensiya hadi­səsinin, elek­tronların dinamik həyəcan­laşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; par­çalanmış dislokasiyalar sisteminin təd­qiqi və alınan nəticələr arasında yarım­keçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulu­nun verilməsi; qıraq dislokasiyalarda elek­tronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə et­mək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçirici­lərdə rekombinasiya dalğalarının ya­yıl­masının tədqiqi; yarımkeçirici kristal­larda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin təd­qiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzə­riyyəsinin verilməsi; həm akustik fonon­lar­dan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə ma­lik qıraq yüklü dislokasiyaları ya­rımkeçirici kristallarda qeyri-əsas yükdaşı­yıcıların xarici sahə olmadıqda, xarici elektrik sa­həsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaq­nit sahəsində və eyni zaman­da, onların müxtəlif kombi­na­siyalarında rekombi­nasiya hadisəsinin nəzəriy­yə­sinin işlənilməsidir.

Z.Vəliyev 93 (onlardan 24-ü xaricdə) elmi əsərin müəllifidir. Onun rəhbər­liyi altında 1 fəlsəfə doktoru dissertasiya müdafiə edilmişdir.

AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir.

(1953-2003)