Zamanov Abbas Fəttah oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müx­bir üzvü Abbas Fəttah oğlu Zama­nov 1911-ci il okt­­yab­rın 10-da Şərur rayonu­nun Maxta kən­din­də anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İns­ti­tu­tu­nun Dil və ədəbiyyat fakültəsini bitir­mişdir (1939). Filo­­­logiya üzrə namizədlik (1968) dis­sertasiyası kimi təqdim etdiyi tədqiqata birbaşa doktorluq elmi dərəcəsi verilmişdir. 1971-ci ildə pro­fessor elmi adı almış, 1983-cü ildə Azər­baycan Elmlər Akademiyasının müxbir üz­vü seçilmişdir.

«Gənc işçi» qəzetində məsul redaktor müavini (1933-1934), «Ədə­biyyat qəze­ti»ndə məsul katib, Azərnəşrin Bədii ədəbiyyat şöbəsinin müdiri (1937-1939), 1939-cu ildən Azər­bay­can Dövlət Pedaqoji İnstitu­tunda müəl­lim vəzifələ­rində çalışmışdır. Ordu sıralarından tərxis edil­dik­dən sonra Azərbaycan Dövlət Univer­sitetində baş müəl­lim (1948-1960), Azərbaycan Elmlər Aka­demiyası Nizami adına Ədəbiyyat İns­ti­tu­tun­da elmi işçi (1960-1968), Niza­mi adına Azər­baycan Ədəbiy­ya­tı Muzeyinin direktoru (1968-1971), Azər­bay­can Dövlət Univer­si­te­ti­nin Azərbay­can ədəbiyyatı kafedra­sı­nın müdiri (1971-1979), həmin kafedranın professoru (1979-1993) olmuşdur.

A.Zamanov ədəbi-elmi yaradıcılığa 30-cu illərdə baş­lamışdır. XX əsr Azərbaycan ədə­biyyatının bö­yük nümayəndələrinin ədəbi irsi haqqında təd­qiqatlar apa­rmışdır. Xüsu­silə onun C.Məm­məd­­qu­luzadə, M.Ə.Sabir yaradıcılığının ədə­bi-ictimai mühitlə əla­qəsi probleminə həsr olun­­muş əsərləri ədəbiyyatşünaslı­ğı­mızda sə­nət­kar və onun yaşadığı dövrlə münasibətləri ki­mi ye­ni bir istiqamətin əsasını qoymuşdur.

Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haq­­­­ver­­diyev, Sultan Mə­cid Qə­ni­zadə, Əliqulu Qəmküsar ir­sinin el­mi prinsiplər əsasında nəşri sahəsində ali­min xid­mətləri çox qiymətlidir.

Onun Azər­bay­can, fars və rus dillərində tərtib və nəşr etdirdiyi «Hophop­namə» dün­ya­nın bir çox ölkələrində yayılmış və həmin ki­ta­bın yeni nəşrləri ilə nəticələnmişdir.

A.Zamanov «I dərəcəli Vətən müharibəsi» or­deni, döyüş və əmək xid­mət­lərinə görə me­dal­larla təltif edilmiş, Əməkdar elm xadimi fəx­ri adı almış (1980), Türk Dil Qurumunun (Tür­kiyə) müxbir üzvü (1971), Səlcuq Uni­ver­si­te­ti­nin (Türkiyə) Fəxri doktoru (1988) se­çilmişdir.

Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın müxbir üzvü Abbas Za­ma­nov 1993-cü il ap­relin 1-də Bakıda vəfat edib, Fəx­ri xi­ya­ban­da dəfn edilib.

 (1911-1993)