Zərgərov Əbdülqafur Əminulla oğlu

Azərbaycan Milli Elmlər Aka­de­­mi­ya­sı­nın müxbir üzvü Əbdülqafur Əminulla oğlu Zərgərov 1929-cu ildə Bakıda anadan olmuşdur. Moskvada Şərq­şü­naslıq İnstitu­tu­nun iqtisad yönümlü ölkə­şü­nas­lıq ixtisası üzrə Yaxın Şərq fakül­təsini bi­ti­rən Ə.Zərgə­rov bir müd­dət Azər­bay­can SSR Nazirlər So­ve­tində elmi müəs­si­sələr və ali məktəblər qrupunda məs­ləhətçi iş­lə­dik­dən sonra SSRİ Elmlər Aka­de­miyasının İq­ti­sa­diy­yat İnstitu­tun­da as­pi­ran­turada oxumuşdur. Mosk­vada iqti­sad elm­ləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dis­ser­tasiya mü­da­fiə etdikdən sonra Bakıya qa­yıt­mış, uzun müd­dət Azərbaycan Elmlər Aka­de­mi­ya­sı­nın İq­tisa­diyyat İnstitutunda baş elmi iş­çi, şöbə mü­diri vəzifə­lərində çalış­mışdır.

Ə.Zərgərovun rəhbərliyi ilə 70-ci illərdə hazırlanan statistik məc­muələr XX əsrdə Azər­­bay­can iqtisadiyyatının ayrı-ayrı sa­­hə­lə­ri­nin inkişaf dinamikasını öyrənmək üçün gərəkli bir vasitə olaraq qalır. O, Azər­bay­canda ictimai elm­lər sahəsində elmi in­for­ma­siya mərkəzinin ya­radıcısıdır. Bu mər­kəz­də filosof, şərq­şünas, ta­rixçi, iqtisadçı, hüquq­şü­nas və s. təd­qi­qat­çı­lar üçün çox məzmunlu, vacib in­for­ma­si­ya­lar­dan istifadə etmək şəraiti ya­ranmışdı. Alim­lə­ri­miz dünya­da baş verən qlo­bal proseslərlə tanış ol­maq, onları ümu­mi­ləş­dirmək, milli döv­lət mə­nafeləri baxımından qiy­mətlən­dir­mək imka­nı da əldə etmişdilər. Ə.Zər­gərovun tə­­şəb­büsü nəticə­sin­də 1992-ci ilin yazında Azərbaycan Elm­lər Akade­mi­yasının İctimai-Siyasi Tədqi­qat­lar və İnformasiya İns­ti­tutu yaradılmışdır.

Ə.Zərgərovun “İslam iqtisadiyyatı” adlı monoqrafiyası onun iqtisad elminə ən layiqli töhfələrindən bi­ri ki­mi qiymətləndirilir. “İslamın torpağa və on­­dan isti­fadə edilməsinə münasibəti”, “İs­la­mın sər­vətə və mülkiyyətə münasibəti”, “Əmə­yə və əməkhaqqına dair İslam kon­sep­si­yası”, “İs­la­mın iqtisadi doktrinası”, “Mü­səl­man ölkələrinin iq­tisadi inteqrasiyası” və s. sil­silə yazıları bu gün də olduqca dəyərli əsər­lər sayılır.

Ə.Zərgərov İslamın iqtisadi doktrinasını bil­məyi çox əhəmiyyətli sa­yırdı. O, göstərirdi ki, son illərdə İslamın iqtisadi doktrinası “İs­lam iq­tisa­diyyatı” adla­nan yeni modelin əsası ki­mi dün­ya ictimaiyyətində maraq do­ğur­muş­dur. İs­la­mın iqtisadi konsepsiyası İslam sis­te­mi hü­dud­ları daxilində əsaslandırılmış və dərk edil­­miş azad fəaliyyət qaydalarının məc­mu­su­dur.

Ə.Zərgərov ömrünün son illərində Azərbaycan Milli Elmlər Aka­de­­mi­ya­sı­ İc­ti­mai Elmlər Bölməsinin akademik-ka­tibi və­zi­fə­sini icra etmişdir.

AMEA-nın müxbir üzvü Əbdülqafur Zər­­gərov 1999-cu ildə Bakı şəhərində vəfat et­miş­dir.

 (1929-1999)