Zülfüqarlı Cümşüd İsmayıl oğlu

Zülfüqarlı Cümşüd İsmayıl oğlu 1905-ci il yanvarın 30-da İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Peda­qoji fakültəsinin təbiət şöbəsini bitirmişdir (1930).

C.Zülfüqarlı 1940-cı ildə kimya üzrə fəl­səfə doktoru 1963-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1960-cı ildə professor elmi adını almışdır.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

C.Zülfüqarlı Azərbaycan Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti (1945-1957), Kimya fakültəsinin dekanı (1951-1952), Qeyri-üzvi kimya kafedrasının müdiri (1957-1980) vəzifələrində çalışmışdır.

C.Zülfüqarlının rəhbərliyi ilə Azərbaycan, Tacikistan, Gürcüstan, Dağıs­tan və Volqoqrad vilayətinin müxtəlif təbii obyektlərində mikroele­ment­lərin yayıl­ma­sı öyrənilmişdir. Aparılmış tədqiqat nəticəsində kausto­bio­lit­lərdə, lay sularında və süxurlarda mikroelementlərin yayılmasının xa­rakteri, onların birləşmə forması və korrelyativ qarşılıqlı əlaqələri haqqında çox qiy­mətli məlumat əldə edilmişdir. Neftin yaşından asılı olaraq, onun üzvi və hete­rogen komponentləri, habelə cüt-cüt götürülən elementlər arasındakı qar­şılıqlı əlaqəni göstərən qanunauyğunluqlar aşkar edilmişdir.

C.Zülfüqarlı müxtəlif regionların neftlərindəki porfirinlər və onların metal­kompleksləri haqqında çox maraqlı məlumat əldə etmiş və bu maddə­lərin mən­şəyinə dair əsaslandırılmış hipotezlər irəli surmüşdür.

C.Zülfüqarlının rəhbərliyi ilə yarimkeçiricilər kimyası sahəsində apa­rılan tədqiqatların mühüm əhəmiyyəti olmuşdur. Bu birləşmələr sırasına aid xeyli yeni maddə sintez edilmişdir. Onların hərtərəfli öyrənilməsi nəticə­sin­də bəlli ol­muşdur ki, yarimkeçirici xassəsinə malik olan bu birləşmələrdən geniş miq­yasda istifadə edilə bilər.

C.Zülfüqarlı tərəfindən buruq sularından yodun alınmasının orijinal üsulu hazırlanmışdır.

C.Zülfüqarlının 300-dən çox çap olunmuş elmi əsəri, o cümlədən 4 mono­qrafiyası vardır.

Ana dilində kimya terminologiyasının yaranması C.Zülfüqarlının adı ilə bağlıdır.

C.Zülfüqarlı Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

“Qırmızı ulduz” ordeni, “Döyüş xidmətinə görə”, “Böyük Vətən mühari­bə­sində Almaniya üzərində qələbə”, “Qafqazın müdafiəsi uğrunda”, “Budapeştin alınması üçün” və “Vyananın alınması üçün” medalları ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Cümşüd Zülfüqarlı 1982-ci ildə Bakıda vəfat etmişdir.

(1905-1982)