Hacıyev Tofiq İsmayıl oğlu

Azərbaycan Milli Elmlər Aka­de­miya­sı­nın həqiqi üzvü Tofiq İsmayıl oğlu Ha­cı­yev 1936-cı il­də Cəbrayıl rayonunun Sol­tan­lı kən­­dində anadan olmuşdur. Soltanlı kənd orta məktəbini bitirdikdən sonra 1953-cü il­də Azər­­bay­can Dövlət Univer­site­tinin (indi­ki Ba­kı Dövlət Universitetinin) Fi­lolo­gi­ya fa­­kül­tə­sinə qəbul olun­muşdur. 1958-ci ildə ali təh­silini fərq­lənmə dip­lo­mu ilə bitirərək Dil­çi­lik ix­tisası üz­rə aspiranturaya qəbul edil­miş­dir. 1962-ci ildə «Azər­baycan dilinin Cəb­rayıl şivəsi» möv­zu­sunda namizədlik, 1969-cu ildə «XX əs­rin əvvəllərində Azər­bay­can ədəbi dili» mövzusunda doktorluq dis­ser­ta­siya­sı müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

T.Hacıyevin «Sabir: qay­naq­lar və sələflər», «Şeirimiz, nəsrimiz, ədə­­bi dili­miz», «Dədə Qorqud: dilimiz, dü­şün­­cəmiz» kitabları elmi ictimaiy­yə­tin rəğ­bətlə qarşıladığı əsər­lə­r­d­ir. O, «Azər­bay­can sovet ədəbiyyatı» dərs­li­yi­nin ərsəyə gəl­məsində həmmüəllif kimi iştirak et­mişdir.

«Аzər­baycan ədə­bi dili tarixi» dərs­liyi­nin, «Azər­bay­­can ədəbi dili tarixi», «XX əs­rin əv­vəl­lə­rində Azərbaycan ədə­bi dili tarixi», «Azər­­­baycan dili tarixi», «Azər­baycan di­li» kimi monoqrafiya və dərs vəsaitlə­rinin müəl­li­fidir.

Alimin klassiklərimizin dili və üslubu ilə bağlı on­larca məqaləsi, «Satira dili», «Yazıçı dili və ideya-bədii təh­lil», «Mol­la Nəsrəddin»in dili və üslu­bu», «Füzuli: dil sənətkarlığı» kitab­ları çap olunmuş­dur. Orta məktəblər üçün "Türk dili" (IX siniflər üçün), "Türk dili" (X-XI siniflər üçün) dərslik­ləri  nəşr edilmişdir. Ümu­miyyətlə, 20 kitabın, 400-dən çox el­mi məqalənin müəl­li­fidir.

T.Hacıyev kadr ha­zırlığı sahə­sin­də də çox iş görmüş, dil tarixi, dialek­to­lo­giya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi ye­tişdir­mişdir. Kişinyov, Al­ma­tı, Düşən­bə, Bişkek, Nukus, Nal­çik və baş­qa şəhərlərdə elmi konfrans və sim­po­zium­­larda dil tarixi və dialek­to­logiyanın ak­tual mövzu­larında mə­ru­zə­lər etmişdir. Onun elmi ya­ra­dı­cı­­lı­ğında «Kitabi-Dədə Qorqud» dastanı ilə bağlı təd­qiqatlar mühüm yer tutur.

Akademik T. Hacıyev 2014-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dil­çilik İnsti­tu­tu­­nun direktoru, Bakı Dövlət Uni­ver­si­te­tinin Türkologiya ka­fed­rasının müdi­ri vəzifələrində çalışmışdır.

T.Hacıyev 27 noyabr 2015-ci ildə vəfat etmişdir.

 (1936-2015)